Modern.az

"Sabah" "Qəbələ"ni məğlub etdi

İdman

2 Aprel 2023, 22:15

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun sonuncu görüşündə "Sabah" klubu "Qəbələ"ni qəbul edib.

 

Modern.az xəbər verir ki, qarşılaşma paytaxt klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.

 

Bu qələbə sayəsində xallarının sayını 65-ə çatdıran "Sabah" ikinci, 36 xalı olan "Qəbələ" isə 5-ci yerdədir.

 

Meydan sahiblərinin sona 8 tur qalmış ilk "3-lük"dən kənar qalmayacağı dəqiqləşib. Beləliklə, "Sabah" komanda tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV