Modern.az

AFFA “Qarabağ” və “Neftçi”ni CƏRİMƏLƏDİ

AFFA “Qarabağ” və “Neftçi”ni CƏRİMƏLƏDİ

İdman

20 Dekabr 2023, 16:04

“Qarabağ” və “Neftçi” klubları azarkeşlərinə görə cərimələniblər.

 

Modern.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XVII turunda bu komandalar arasında keçirilən görüşdə hər iki tərəfin fanatları tərəfindən rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib.

 

Bu hal həm “Qarabağ”da, həm də “Neftçi”də mövsüm ərzində 3-cü dəfə yaşandığından, AFFA İntizam Komitəsi klubların hərəsini 1000 manat cərimələyib.

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda “Qarabağ” “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!