Modern.az

Cüdoçumuz qızıl medal QAZANDI

Cüdoçumuz qızıl medal QAZANDI

İdman

2 May 2025, 19:51

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.

 

Modern.az xəbər verir ki, 26 yaşlı idmançı finalda yerli cüdoçu Mehrzod Sufiyevi yenərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Bu gün Yaşar Nəcəfov (66 kq) üçüncü yer uğrunda görüşdə özbəkistanlı Artyom Şturbabinlə qarşılaşacaq.

 

Qeyd edək ki, "Böyük Dəbilqə" turniri mayın 4-də başa çatacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!