Modern.az

"Sabah" dördüncü dəfə ölkə çempionu oldu

"Sabah" dördüncü dəfə ölkə çempionu oldu

İdman

Bu gün, 21:43

Azərbaycan Basketbol Liqasında 2025/2026-cı illər mövsümünün qalibi bəlli olub.

Modern.az xəbər verir ki, final seriyasının üçüncü oyununda "Sabah" "Abşeron Lions"la üz-üzə gəlib.

Bakı İdman Sarayında təşkil edilən qarşılaşma "bayquşlar"ın 108:95 hesablı qələbəsi ilə yekunlaşıb.

Bakı təmsilçisi əvvəlki iki görüşdə rəqibini məğlub etmişdi - 98:93, 112:84.

Bununla da, Rimas Kurtinaytis ardıcıl dördüncü dəfə Azərbaycan çempionu olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV