Modern.az

AFFA "Sumqayıt"ı 10 min manat CƏRİMƏLƏDİ

AFFA "Sumqayıt"ı 10 min manat CƏRİMƏLƏDİ

İdman

Bu gün, 15:50

AFFA İntizam Komitəsi "Sumqayıt"ı klub prezidenti və baş məşqçiyə görə 10000 manat cərimələyib.

Modern.az xəbər verir ki, buna "Kəpəz"ə qarşı keçirdikləri Misli Premyer Liqasının XXX turunda yaşananlar səbəb olub.

Qarşılaşma bitdikdən sonra "gənclik şəhəri" təmsilçisinin prezidenti Riad Rəfiyev hakimlər otağına daxil olub. O, ikisi şərti olmaqla beş oyunluq cəza ilə üzləşib. "Kimyaçılar"a buna görə 5000 manat cərimə tətbiq edilib.

Komandanın baş məşqçisi Saşa İliç də sözügedən qarşılaşmada birbaşa qırmızı vərəqə alıb. O, növbəti iki görüşdə texniki zonada yer almayacaq və klub buna görə 5000 manat ziyana düşüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV