Modern.az

Belçika klubunun futbolçusu Azərbaycan millisində

Belçika klubunun futbolçusu Azərbaycan millisində

İdman

Bu gün, 21:30

U-21 millimizin düşərgəsinə Belçikanın “Sent-Truiden” klubunun yarımmüdafiəçisi Mustafa Kamara qoşulub. 

Modern.az AFFA-ya istinadən xəbər verir ki, 18 yaşlı sol vinger 2025-2026-cı illər mövsümündə “Sent-Truiden”in U-18 komandasının heyətində ümumilikdə 19 oyun keçirib, 2 qol vurub.

Xatırladaq ki, U-21 Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-sı Bəhreyn, 9-u isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı yoldaşlıq oyunu keçirəcək.

Qeyd edək ki, Mustafa Kamara 2007-2012-ci illərdə “Qəbələ”nin formasını geyinmiş Abdulkader Kamaranın oğludur. Mustafa 2008-ci il martın 3-ü Azərbaycanda anadan olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı