Modern.az

“Qarabağ”ın futbolçuları Çempionlar Liqasının ən yaxşıları arasında

“Qarabağ”ın futbolçuları Çempionlar Liqasının ən yaxşıları arasında

İdman

Bu gün, 01:49

"Qarabağ"ın futbolçuları UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümünün ən yaxşıları sırasında yer alıblar.

Modern.az klubun rəsmi saytına istinadla xəbər verir ki, mövsüm başa çatdıqdan sonra açıqlanan UEFA-nın “FedEx Performance Zone” statistik hesabatına əsasən, Ağdam təmsilçisinin qapıçısı Mateuş Koxalski turnirdə etdiyi 45 "seyv"lə ən çox qurtarış edən qolkiperlər sırasında 4-cü pillədə qərarlaşıb. Polşalı oyunçu yalnız Nikita Haykin ("Bude Qlimt", Norveç), Tibo Kurtua ("Real Madrid", İspaniya) və Uğurcan Çakırdan ("Qalatasaray", Türkiyə) geri qalıb.

Abdullah Zubir isə meydanın rəqibə aid olan 1/3 hissəsindəki mübarizələrdən 14 dəfə qalib ayrılıb. Yalnız PSJ-nin ulduzu Vitinyadan geri qalan fransalı yarımmüdafiəçi 2-ci yerə şərik olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin ŞƏRT QOYDU - Paşinyan bunu rədd etdi - Gündəm Masada - Media Turk TV