Modern.az

 Azərbaycan millisi finala yüksəlib

 Azərbaycan millisi finala yüksəlib

İdman

Bu gün, 00:02

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.

Modern.az xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi komanda yarımfinalda Serbiya seçməsi ilə qarşılaşıb.

"Tipos Arena"da oynanılan görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq (3:1) oynayan Azərbaycan millisi adını finala yazdırıb.

Qeyd edək ki, iyunun 4-də keçiriləcək final matçında rəqib Ukrayna yığması olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın böyük şəhərləri VURULDU - Yaralılar var