Modern.az

Millimiz bu gün San Marino ilə qarşılaşacaq

Millimiz bu gün San Marino ilə qarşılaşacaq

İdman

9 İyun 2026, 09:03

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq oyununa çıxacaq.

Modern.az-ın məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv San Marino yığması ilə qarşılaşacaq.

Görüş Macarıstanın Sombatxey şəhərində yerləşən "Haladaş" stadionunda, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Matçın baş hakimi macarıstanlı Marton Ruş olacaq.

Xatırladaq ki, Azərbaycan millisi ilk yoldaşlıq oyununda Maltaya iki cavabsız qolla uduzub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib