Cənubi Afrika millisinin baş məşqçisi Hüqo Broos Dünya çempionatı tarixinə düşüb.
Modern.az xəbər verir ki, Meksika ilə matçda 74 yaş 62 günlüyündə olan belçikalı mütəxəssis bu göstərici ilə mundiallar tarixinin ən yaşlı baş məşqçisi adına yiyələnib.
O, bununla Otto Rehagelin rekordunu geridə qoyub.
Almaniyalı çalışdırıcı 2010-cu ildə Cənubi Afrikada keçirilən dünya çempionatında 71 yaş 317 günlüyündə Yunanıstan millisini Argentinaya qarşı oyuna çıxarmışdı.
Qeyd edək ki, Meksika - Cənubi Afrika qarşılaşması davam edir. Matçda hesab 1:0 ev sahibinin xeyrinədir.