Hazırda bütün idman azarkeşlərinin diqqəti ABŞ, Meksika və Kanadada start götürən futbol üzrə Dünya Çempionatına yönəlib. 11 iyun-19 iyul aralığında keçiriləcək mundialda 48 milli komanda iştirak edir.
Futbol mütəxəssisləri builki Dünya Çempionatının favoritləri kimi bir sıra ölkələrin adlarını çəkir, 1-ci yeri hansı milli komandanın tutacağına dair müxtəlif proqnozlar verirlər.
Modern.az xatırladır ki, dünya kubokunu indiyədək 8 fərqli ölkənin futbol millisi qazanıb. Ən uğurlu ölkə 5 çempionluqla Braziliyadır.
Ölkələr üzrə çempionluq bölgüsü belədir:
Braziliya: 5 dəfə (1958, 1962, 1970, 1994, 2002)
Almaniya: 4 dəfə (1954, 1974, 1990, 2014)
İtaliya: 4 dəfə (1934, 1938, 1982, 2006)
Argentina: 3 dəfə (1978, 1986, 2022)
Fransa: 2 dəfə (1998, 2018)
Uruqvay: 2 dəfə (1930, 1950)
İngiltərə: 1 dəfə (1966)
İspaniya: 1 dəfə (2010)