Modern.az

"Neftçi" yeni müdafiəçi transfer etdi

"Neftçi" yeni müdafiəçi transfer etdi

İdman

Bu gün, 20:04

“Neftçi” 2026-cı il yay transfer dönəmində sayca üçüncü keçidini rəsmiləşdirib.

Modern.az xəbər verir ki, qvadelupalı müdafiəçi Endryu Qravilyon “ağ-qaralar”ın yeni üzvüdür.

28 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. O, 55 nömrəli formanı geyinəcək.

Qravilyon İtaliya, Fransa və Türkiyə liqalarında oynayıb.

O, Qvadelupa milli komandasının heyətində 19 matça çıxıb, 2 qol vurub.

Sizə yeni x var
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!