Modern.az

Metroda boş vaqonları əvvəlcədən görmək olacaq-YENİLİK

Metroda boş vaqonları əvvəlcədən görmək olacaq-YENİLİK

İqtisadiyyat

12 May 2026, 22:44

Yaxın gələcəkdə "Bakı Metropoliteni"nin mobil tətbiqi istifadəyə veriləcək.

Modern.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov  Trend Beynəlxalq İnformasiya Agentliyinə və “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasına müsahibəsində deyib. Onun sözləriə görə, mobil tətbiq vasitəsi ilə gələn qatarda hansı vaqonların nisbətən boş olduğu göstəriləcək.

"Stansiyalara boş qatarlar göndərilməsi artıq tətbiq olunur — "Koroğlu", "28 May", “Gənclik”, "Elmlər Akademiyası" stansiyalarına günün müxtəlif vaxtlarında boş qatarlar göndərilir ki, orada toplanmış sərnişinlər rahatlıqla minə bilsin, sıxlıq aradan qaldırılsın".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?