Modern.az

Bakıda nəqliyyat dəhlizlərinin gələcəyi müzakirə olunacaq

Bakıda nəqliyyat dəhlizlərinin gələcəyi müzakirə olunacaq

İqtisadiyyat

Bu gün, 16:48

Sentyabrın 7–9-da Bakıda “Black and Caspian Freight Forum 2026: Corridors, Infrastructure, Investments” adlı 5-ci Beynəlxalq Konfrans və Sərgi keçiriləcək.

Modern.az xəbər verir ki, “Four Seasons” otelində baş tutacaq tədbirdə dövlət qurumlarının, beynəlxalq maliyyə təşkilatlarının, liman və dəmir yolu şirkətlərinin, nəqliyyat-logistika sektorunun, investisiya dairələrinin və ekspert təşkilatlarının nümayəndələri iştirak edəcəklər.

Forumun baş təşkilatçısı “RDL Group”, biznes tərəfdaşları isə “CASPIA” Analitik Mərkəzi və “TransConsulting” şirkətidir.

Tədbirin əsas müzakirə mövzularından biri Orta Dəhlizin inkişafı və onun Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında nəqliyyat əlaqələrinin genişləndirilməsində rolu olacaq. İştirakçılar infrastrukturun ötürücülük qabiliyyəti, liman və dəmir yolu şəbəkələrinin inkişafı, müxtəlif nəqliyyat növləri arasında koordinasiya, investisiya ehtiyacları və logistikanın rəqəmsallaşdırılması məsələlərini müzakirə edəcəklər.

Xəzər dənizi üzərindən yükdaşımaların dinamikası, nəqliyyat operatorları arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də Mərkəzi Asiya və Cənubi Qafqazın Qara dəniz regionu və Avropa ilə nəqliyyat bağlantılarının genişləndirilməsi də forumun əsas gündəmində olacaq.

Forumda TRIPP – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (Trump Route for International Peace and Prosperity) daxil olmaqla, regionda irəli sürülən yeni infrastruktur təşəbbüsləri və onların regional bağlantılara mümkün təsiri də nəzərdən keçiriləcək.

Bununla yanaşı, nəqliyyat infrastrukturuna investisiyaların cəlb edilməsi, multimodal daşımaların inkişafı, Xəzər və Qara dəniz üzərindən yükdaşımaların artırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin perspektivləri ətrafında fikir mübadiləsi aparılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Prezidentdən Rusiyaya kritik mesaj - Edə bilmədilər, əvəzində...