Modern.az

“Azeri Light” nefti cüzi ucuzlaşdı

“Azeri Light” nefti cüzi ucuzlaşdı

İqtisadiyyat

Bu gün, 09:29

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Modern.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,07 dollar və ya 0,07% azalaraq 95,5 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 95.57 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyayla sərhəddə ŞOK HAZIRLIQ - Xəndəklər qazılır, hər an...