Modern.az

Tanınmış jurnalist yenidən mətbuata qayıtdı

Tanınmış jurnalist yenidən mətbuata qayıtdı

Media

3 Avqust 2011, 14:26

Tanınmış jurnalist , siyasi təhlilçi Azər Rəşidoğlu «Bizim Yol» qəzetində işə başlayıb. Bu barədə jurnalistin özü Modern.az-a məlumat verib. A.Rəşidoğlu qəzetin siyasi icmalçısı olacaq.  Oxucular gündəmin aktual hadisələri, ölkədə və regionda cərəyan edən siyasi proseslərlə bağlı onun məqalələri ilə tanış olacaqlar.

Uzun müddət «Ayna-Zerkalo» qəzetində çalışan Azər Rəşidoğlu bir müddət öncə mətbuatdan uzaqlaşmışdı. O, "Tolerantlıq" İctimai Birliyinin sədridir. Ölkənin aparıcı mətbuat orqanları müxtəlif siyasi proseslərlə bağlı onun rəylərinə geniş yer ayırır.


Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rusiyaya AĞIR ZƏRBƏLƏR endirilir - Moskvaya hücum!