Modern.az

Tanınmış jurnalist həbs edildi

Tanınmış jurnalist həbs edildi

Media

Bu gün, 10:26

Türkiyədə tanınmış idman şərhçisi Rasim Ozan Kütahyalı qanunsuz mərc istintaqı çərçivəsində həbs olunub.

Modern.az xəbər verir ki, mayın 14-də Adanada mərkəzləşdirilmiş şəkildə həyata keçirilən genişmiqyaslı əməliyyat zamanı saxlanılan jurnalist prokurorluqda ifadə verdikdən sonra məhkəmə qarşısına çıxarılıb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Əməliyyat Adana mərkəz olmaqla ümumilikdə 21 vilayətdə aparılıb. İstintaq çərçivəsində “qanunsuz mərc oyunlarının təşkili”, “ağır dələduzluq”, “rüşvətxorluq” və “çirkli pulların yuyulması” kimi cinayət əməllərinin araşdırıldığı bildirilib.

Hüquq-mühafizə orqanları əməliyyatın hələ davam etdiyini və istintaqın gedişində yeni saxlanılmaların mümkün olduğunu açıqlayıb./teleqraf

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi - Gündəm Masada - Media Turk TV