Modern.az

İsveçə gedən 7 Azərbaycan jurnalistinin adı bəlli oldu

İsveçə gedən 7 Azərbaycan jurnalistinin adı bəlli oldu

Media

15 Sentyabr 2010, 15:25

Azərbaycan Media Mərkəzi (AMM) İsveçə səfərlə bağlı yerli jurnalistlər arasında elan etdiyi müsabiqənin nəticələrini elan edib.   Modern.az saytı xəbər verir ki, AMM-nin seçkilər mövzusunda elan etdiyi müsabiqənin 7 nəfər qalibi cari ilin oktyabrında Stokholma səfər edəcək.
Münsiflər heyyətinin iştirakı ilə AMM-nin rəhbəri Gülnarə Axundova mətbuat konfransında qalibləri elan edib.  

Qaliblər Parlament Jurnalistlər Birliyinin departament rəhbəri Fərəh Sabirqizi, RİA Novosti İA-nın əməkdaşı Kamal Əli, “Azadlıq” qəzetinin əməkdaşı Aytən Məmməədova,  var.az saytının əməkdaşı Samirə Həsənli, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı İdrak Abbasov, Prezident yaninda Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Anar Hüseynov,  “Azərbaycanskaya İzvestiya” qəzetinin əməkdaşı Leyla Əmirovadır.  
Jurnalistlər bu ölkədə parlament seçkilərini izləyəcəklər.    

Modern.az  

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rusiyaya AĞIR ZƏRBƏLƏR endirilir - Moskvaya hücum!