Modern.az

Rusiyada bir ailəni qətlə yetirən azərbaycanlılarla bağlı yeni FAKTLAR

Rusiyada bir ailəni qətlə yetirən azərbaycanlılarla bağlı yeni FAKTLAR

3 May 2016, 11:16

Rusiyanın Samara vilayətində bir ailənin 6 üzvünü öldürməkdə şübhəli bilinərək saxlanılan 3 azərbaycanlı ilə bağlı yeni faktlar ortaya çıxıb. Modern.az-ın Rusiya KİV-nə istinsadən verdiyi xəbərə görə, bu dəhşətli qətldə təqsirkarlardan biri hesab edilən İslam Babayev Federal Təhqiqat Bürosunda işləmək arzusunda olub.

Bu haqda onun dostluq etdiyi qız Angelina danışıb. Onun sözlərinə görə, İslam əvvəllər tikintidə çalışıb, sonra Tolyattiyə gedib: “Mənim bildiyimə görə o, Federal Təhqiqat Bürosunun akademiyasına qəbul olunmaq istəyirdi. Burada, Sızranda isə avtomobilyuma məntəqəsində çalışırdı”, - o, deyib.

Angelinanın sözlərinə görə, nə İslam, nə də onun görüşdüyü Orxan qətl törədə bilməzdilər: “İslam dəqiq bunu edə bilməzdi. Nə o, nə də Orxan. Onlar ancaq dalaşa bilərdilər. Ancaq 6 nəfəri, özü də azyaşlı uşağı vəhşicəsinə öldürmək, bunu edə bilməzdilər. Hər ikisinin qardaşı oğlu var, İslam uşaqları çox sevir”.

Angelinanın vediyi digər məlumata görə, Orxan Zöhrabov əvvəllər qoyun oğurladığı üçün həbsdə yatıb: “Ancaq nə İslamın, nə də Orxanın polis rəisinə qarşı hansısa narazılığı olub. Bəli, Orxan polisləri görmək belə istəmir, ancaq quldurcasına basqın edə bilməzdi. O, qoyundan başqa heç nə oğurlamayıb”.

23 yaşlı Roman Fətəliyevə gəldikdə, onun hələ 5-ci sinifdə oxuyanda həmyaşıdlarından pul tələb edib, kim imtina edibsə, onlara qarşı fiziki zorakılıq etdiyi bildirilir. Məlumatda qeyd edilir ki, 2007-ci ildə 14 yaşlı Fətəliyev məktəblilərdən birinə yaxınlaşıb ona kürəyindən yumruqla vurub, sonra 300 rubl tələb edib. Oğlan imtina edəndə Fətəliyev ona hücum edərək döyməyə başlayıb.

Bu iş gedib məhkəməyə qədər gedib çıxıb. Nəticədə, məhkəmə yetkinlik yaşına çatmayan Fətəliyevi təqsirkar hesab edərək, barəsində şərti azadlıqdan məhrumetmə və cərimə qərarı çıxarıb.

Samara vilayəti, Sızran şəhərinin keçmiş polis rəisi Andrey Qoştu və onun 5 ailə üzvünü öldürməkdə şübhəli bilinən əslən azərbaycanlı olan İslam Azər oğlu Babayev, Orxan Şirəli oğlu Zöhrabov və Roman Rauf oğlu Fətəliyev saxlanılıblar.

Hadisə zamanı yalnız 7 yaşlı qız sağ qalıb. Hazırda o, koma vəziyyətindədir. Məhkəminin hökü ilə həbs olunanlar barəsində iyulun 2-də qədər həbs qətimkan tədbiri seçilib. 



Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...