Modern.az

Bakıda idmançılar şirkətə basqın etdi: 2 yaralı 

Bakıda idmançılar şirkətə basqın etdi: 2 yaralı 

Aktual

11 İyun 2016, 13:26

Bakıda tikinti şirkətinə basqın olub. Modern.az xəbər verir ki, bu barədə Trend-ə vəkil Vüqar Babayev məlumat verib.

 

Vəkil bildirib ki, hadisə paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən "Eurostroy-S" Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisində baş verib:

 

"Şirkət həmin ərazidə Azərbaycan Milli Elmlər Akademiyasının akademikləri üçün mənzillər inşa edir. Rafael Qarayev adlı idmançı və Füzuli adlı tanışı bir qrup idmançı dostu ilə birlikdə şirkətin ofisinə basqın ediblər.

 

Onlar ofisi dağıdıb şirkətin məsul əməkdaşları Bəxtiyar Təhməzov və İlqar adlı şəxsi xüsusi amansızlıqla döyərək onlardan pul tələb ediblər. Şirkətin ölümcül döyülən əməkdaşlarının hər ikisi 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb və reanimasiya şöbəsinə yerləşdiriliblər. Hazırda vəziyyətləri ağırdır".

 

Vəkil bildirib ki, faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırmalara başlanıb.

 

Yasamal rayon Polis İdarəsindən faktı təsdiqləsələr də, hazırda hadisə ilə bağlı saxlanılan şəxslərin olub-olmaması barədə məlumat verilməyib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır