Arxiv
24 İyun 2016, 17:56 | HADİSƏ
Əli Hüseynli: “Deputatın etik davranış qaydaları haqqında” qanun qəbul olunmalıdır”

Milli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında spiker Oqtay Əsədovla deputat Zahid Oruc arasında yaşanan mübahisə parlamentin İntizam Komissiyasında araşdırılacaq.

Modern.az məsələyə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsindən də münasibət öyrənməyə çalışıb. Komitə sədri Əli Hüseynli hadisədən təssüfləndiyini bildirərək, əməkdaşımızla söhbətdə deyib:

“Milli Məclisin iclasının gedişi və millət vəkillərinin məhz iclasdakı davranışları Milli Məclisin Daxili Nizamnaməsi ilə tənzimlənir. Bu baxımdan Zahid Oruc da daxil olmaqla millət vəkili kimi hamımız tərəfindən Milli Məclisin iclasları zamanı parlament etikasına riayət olunması vacibdir”.   

Əli Hüseynlinin sözlərinə görə, parlamentin iclasında heç kəs Milli Məclisin iclasına sədrlik edənin icazəsi olmadan çıxış edə bilməz. Bu qaydanı pozan şəxs xəbərdarlıqsız sözdən məhrum edilir:

“Ümumiyyətlə, Milli Məclisin iclaslarında iştirak edən hər kəs və ilk növbədə deputatlar parlament etikasını gözləməlidirlər, iclasın normal gedişini və iş qaydasını pozmamalıdırlar.

Milli Məclisin iclasına sədrlik edən parlament etikasını gözləməyənə xəbərdarlıq edə bilər, bu təkrar olunarsa, bütün iclas günü ərzində həmin şəxsi sözdən məhrum edə bilər.  Özünü bu tərzdə aparmağa davam edən şəxs Milli Məclisin iclasına sədrlik edənin göstərişi ilə iclas salonundan çıxarıla da bilər.

Təəssüf edirəm ki, indiyə qədər hakimiyyətin digər qollarının – icra və məhkəmə hakimiyyətinin etik davranışını tənzimləyən qaydaların qəbul olunmasına baxmayaraq,  parlament üzvləri ilə bağlı belə bir sənəd mövcud deyil. Ümidvaram ki, növbəti parlament sessiyasında “Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanun da qəbul olunacaq. Çünki, parlament üzvünün həm məclisdə, həm də məclisdən kənarda davranış qaydaları xüsusi qanunla tənzimlənməlidir”.



Ağa Akifoğlu

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb 17 Sentyabr 2019, 10:21 Gənc Tamaşaçılar Teatrının tavanı çöküb 17 Sentyabr 2019, 10:17 Ötən gün yol qəzalarında 3 nəfər ölüb 17 Sentyabr 2019, 10:13 Bu şəkil müəllimləri qınağa TUŞ ETDİ 17 Sentyabr 2019, 10:05 Kapital Bank yenilənən Nəsimi filialını istifadəyə verdi 17 Sentyabr 2019, 09:58 Metrodakı sərnişin sıxlığının səbəbi AÇIQLANDI - YENİLƏNİB 17 Sentyabr 2019, 09:41 Ermənilər atəşkəsi 22 dəfə pozdular 17 Sentyabr 2019, 09:35 Mənəvi dəyərlər, qanunun aliliyi, ədəb-ərkan... - Doğum gününü qeyd edən KOMİTƏ SƏDRİ 17 Sentyabr 2019, 09:31 Telejurnalist Aytəkin Alxaslı təltif olundu - FOTO 17 Sentyabr 2019, 08:19 Müsavat başqanlığına yeni NAMİZƏD: “Partiyanın idarə olunması qənaətbəxş deyil” 17 Sentyabr 2019, 08:14 Bu günün məzənnəsi necə olacaq? 17 Sentyabr 2019, 08:06 Yük qatarı relsdən çıxdı 17 Sentyabr 2019, 00:48 Neft zavodları İran istehsalı silahlarla vurulub - İDDİA 17 Sentyabr 2019, 00:33 Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın Dövlət Katibi ilə görüşdü 17 Sentyabr 2019, 00:15 Qaxda ağır qəza: yaralılar var 16 Sentyabr 2019, 23:57 İlham Əliyev Mehriban Əliyeva ilə birgə dünya çempionatının açılışına qatıldı - FOTOLAR, YENİLƏNİB   16 Sentyabr 2019, 23:44 Xələf Xələfov İsveçrə ilə əməkdaşlıq imkanlarını müzakirə etdi 16 Sentyabr 2019, 23:31 Neftin qiyməti kəskin bahalaşdı 16 Sentyabr 2019, 23:14 UEFA "Qarabağ"a 4 milyon avroya yaxın pul köçürdü 16 Sentyabr 2019, 23:01 Rusiya, İran və Türkiyə liderləri Tehranda görüşəcək 16 Sentyabr 2019, 22:46 Bakıda 36 yaşlı kişi ürəyindən bıçaqlandı 16 Sentyabr 2019, 22:33 Tramp yenidən İranı hədəf aldı 16 Sentyabr 2019, 22:16 Qobuda daş karxanasında fəhlə öldü 16 Sentyabr 2019, 21:54 Türkiyə vitse-prezidentinin Bakı səfəri başa çatdı 16 Sentyabr 2019, 21:42 Paşinyan Sərkisyanın kürəkənini geri qayıtmağa çağırdı 16 Sentyabr 2019, 21:28 Bakıda xəstə kişi binadan yıxılıb öldü 16 Sentyabr 2019, 21:13 Qəzaya uğrayan təyyarə evin üstünə düşdü: 7 ölü 16 Sentyabr 2019, 20:42 Xəzərdə zəlzələ oldu 16 Sentyabr 2019, 20:29 Ərdoğan, Ruhani, Putin bir arada 16 Sentyabr 2019, 20:16 Tofiq Yaqublu Müsavat başqanı ola bilər 16 Sentyabr 2019, 20:01 Mingəçevirdə uşaq evindən oğurluq edildi   16 Sentyabr 2019, 19:57 Türkiyə və Azərbaycan ortaq vaqon istehsal edəcək 16 Sentyabr 2019, 19:50 Əflatun Amaşov Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının sədrinin birinci müavini seçildi - FOTOLAR 16 Sentyabr 2019, 19:42 Elmar Məmmədyarov Romada FAO-nun baş direktoru ilə görüşüb   16 Sentyabr 2019, 19:34 Bu il bir tona yaxın narkotik vasitə dövriyyədən çıxarılıb - Nazir 16 Sentyabr 2019, 19:22