Modern.az

İraqda 5 terrorçu edam olunub

İraqda 5 terrorçu edam olunub

5 İyul 2016, 10:44

İraqın paytaxtı Bağdadda iki gün əvvəl baş verən və 200 nəfərin ölümünə səbəb olan qanlı hücumu təşkil edənlər edam edilib.

 

 Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, terror aktının ardından tutulan beş nəfər aparılan istintaq nəticəsində terror cinayətindən edam cəzası alıb.

 

Hücumda həyatını itirənlərin ailələrinin "cinayətkarların edam edilməsi" istiqamətindəki istəkləri dünən yerinə yetirilib.

 

 İraq Ədliyyə nazirliyi bu gün erkən saatlarda beş məhkumun edam edildiyini bildirib.

 

 Qanlı hücumun icraçılarının edam görüntüləri dövlət televiziyası “Əl-İraqiyə”də yayımlanıb.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi