Modern.az

Rusiyada saxta pul kəsən azərbaycanlılara hökm oxundu

Rusiyada saxta pul kəsən azərbaycanlılara hökm oxundu

Aktual

5 İyul 2016, 11:48

Rusiyanın Komi Respublikasında 2 Azərbaycan vətəndaşı “saxta pul hazırlama və saxlama” ittihamı ümumilikdə, 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Moskva vilayətində yaşayan Aqşin Rəfiyev və Həbib İsmayılov 194 ədəd saxta 5 min rublluq əskinas hazırlayaraq Kominin Sıktıkvar şəhərində mağaza və ticarət obyektlərində alış-veriş edərkən ödəniş kimi istifadə edib.

 

Onlar həbs edilən zaman əskinasların bir hissəsini məhv edə biliblər.

 

Məhkəmənin qərarı ilə Aqşin Rəfiyev 4 il, Həbib İsmayılov isə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onlar həmçinin ümumilikdə, 500 min rubl məbləğində cərimə olunublar.

 

Vüqar İsmayılov 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!