Arxiv
1 Aprel 2016, 11:48 | FOTOSÖHBƏT
Deputat Aqil Abbasla FOTOSÖHBƏT

 

Bu gün Milli Məclisin deputatı, tanınmış yazıçı-jurnalist Aqil Abbasın doğum günüdür. Əməkdar jurnalist bu gün 63 yaşını qeyd edir. Ad günü təəssüratlarını Modern.az-la bölüşən deputata 63 yaşın "peyğmbər yaşı" olduğunu xatırlatdıqda o, "əstağfürüllah, mən peyğəmbərin əlinə su tökməyə belə, layiq deyiləm" cavabını verdi.

Modern.az saytı Aqil Abbasla FOTOSÖHBƏT layihəsini təkrar yayımlayır.

Aqil Məhəmməd oğlu Abbasov (Abbas) 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Bayat kəndində doğulub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycanın əməkdar jurnalistidir. «Araz», «Dan ulduzu», «Qızıl qələm» mükafatları laureatıdır. 8 kitabın müəllifidir. 1976-cı ildən Ağsu şəhər internat məktəbində müəllim işləyib. 1977-ci ildən «Elm və həyat» jurnalında, 1987-ci ildən «Sovet kəndi» qəzetində çalışıb.
1990-cı ildə «Ədalət» qəzetini yaradıb. 1990-cı ildən 2005-ci ilədək “Ədalət"in baş redaktoru olub. İndi təsisçisidir.
 
2005-ci ildə Azərbaycan Milli Məclisinin 3-cü, 2010-cu ildə 4-cü, 2015-ci ildə 5-ci çağırışına deputat seçilib.

Bədii yaradıcılığa 1970-ci ildən başlasa da, ilk mətbu hekayəsi "Şirinlik" 1976-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunub. Bunun ardınca 1977-ci ildə "Şəbədə Nazim" hekayəsi "Ulduz" və "Azərbaycan" jurnallarında işıq üzü görüb. Həmin dövrdən mətbuatda müntəzəm çıxış edib.

Yazıçının "Dolu" romanı əsasında ekranlaşdırılan "Dolu" filmi son illər Qarabağ müharibəsi mövzusunda çəkilən ən yaxşı filmlərdən biridir.

<p"> <p">Aqil Abbas evlidir, iki oğlu var. Həyat yoldaşı İradə Tuncay görkəmli şair Məmməd Arazın qızıdır. 

 

Bu şəkil 1966-cı ildə Şuşada, Turşsuda çəkilib. Yanımdakı qohumumdu.

 

6-cı sinifdə oxuyanda çəkdirmişdik bu şəkli. Bu sinifdə mənə ögey kimi baxdılar. Ağcəbədidən Ağdama təzə köçmüşdük. Birinci sırada sağda oturmuşam.

 

Anam Solmaz, atam Məhəmməd. Bu şəkli 1970-ci ildə mən ali məktəbə qəbul olunanda çəkdiriblər. 

 

<p">1970-ci ildə bacımla birgə. Ali məktəbə təzə qəbul olunmuşdum...

Soldakı mənəm. Qohumlarımla bir yerdə, 1970-ci ildə Kəlbəcərdə - İstisudayıq...

Ali məktəbdə oxuyuram - 1972-ci il. Xalam oğlu ilə birgə...

 

Arif Süleymanovla bir yerdə oxumuşam. 1972-ci il. Ariflə çox yaxın dost olmuşuq. Bir partada oturmuşam indi də dostluğumuz davam edir.

1973-cü ildə tələbə-tərbiyəçi kimi Buzovnaya iki aylıq dərs deməyə getmişdim, pioner dərnəyinə...

 

1974-cü il, Hacıkənd. Çox pis gitara çalıram. Bir məsəl var, deyirlər “xoş halına ay eşitməyən”.

 

<p">Tələbəlik illəri... 4-cü kursda oxuyuram. O vaxt uzun bakinport saxlamaq dəb idi.

 

<p">1976-cı ildə xalam oğlu rəhmətə getmişdi... O zaman çəkilib bu şəkil.

1976-cı il, o zamanki Lenin Sarayının qarşısındakı parkda kəndçilərimlə birgə. Bunların hamısı şahmat xəstəsiydi...

 

1976-cı il. Universiteti yenicə bitirmişəm.

 

1976-cı ildə dostum göyçaylı Arizlə Qız Qalasının qarşısında dincəlirik.

 

1976-cı il Ağdam məscidin önü... Gitaraçı Eldar Kərimov, ortada mən, sağdakı da Ağdam Teatrının artisti Naqil Pirimov.

Vaqif  İbrahimov dərnəyində çəkilib, 1977-ci il. Dərnəkdə gənc şairlərin ildə bir dəfə toplantısı keçirilirdi. Şair Fikrət Qoca (ortada) qonağımızdı.

1977-ci ildə “Elm və Həyat ”jurnalında işləyirdim. İş yoldaşlarımla birgə toya getmişdik.

1980-ci ildə Əsgəran qalasını önündə çəkdirmişik bu şəkli. Jurnalist dostum Maliklə bir yerdə...

 

<p">Ağdamdakı həyətimzdi. Şəkil 1985-ci ildə çəkilib. Qucağımda böyük oğlum Toğruldu.  

1988-ci il, Bakı. Oğlanlarımla birgə... Onda hələ balacaydılar....

1988-ci ildə çəkilib, ən çox xoşuma gələn şəkillərimdəndi...

 

<p"> 1989-cu ildə oğlanlarım Toğrul və Tuncayla. Onlar yavaş-yavaş böyüyürlər, mən də qocalıram. 

 

Palkovnik Mirmehti dostum idi Amerikanın Hyuston şəhərində xəstəxanada müalicə alırmış mənim xəbərim yox idi, getdim onu orda tapdım. 1993-cü il. 

1993-cü il, Məmməd Arazın yubleyi idi. Foyedə Məmməd müəllim mənə dedi ki, "Aqil ehtiyatlı ol, yıxılaram". Mən də ona qayıtdım ki, "bütün dünya ayağa qalxsa, səni yıxa bilməz, çünki qolundan Heydər Əliyev tutub”.

Məmməd Araz, qaynanam, oğlanlarım və mən. 1995-ci il, evdə...

1996-cı ildə İstanbulda oğlum Toğrulla. Uşaq əyləncə mərkəzindəyik.

 

<p">Məmməd Arazın evində ailəmizlə bir yerdə... 1996-cı il. Mənim solumda dayanan Cəfər həkimdi, biz ona əmi deyirik.

Kabinetimdə çəkilən ən yaxşı şəkillərdən biridi.1997-ci il.

Bu mənim futbol komandamdı, "Ədalət" qəzetin işçiləri ilə. 1998-ci ildə redaksiyalar arasında <p">futbol yarışı keçirilirdi. 

 

Tələbəlik dostum Vilayət Quliyev xarici işlər naziri olan vaxtlardı... <p">Onunla bir kursda oxumuşuq, həm də bir kənddənik, dostluğumuz indi də davam edir.

 

Yaxın dostum Lerikin keçmiş icra başçısı Novruz Novruzov məni Lerikə dəvət etmişdi 2000-ci ildə. Şəkil çəkdirdiyimiz yer Zuvand kəndidi. Cənnəti görmək istəyən Lerikə-Zuvanda getsin...

 

Ceyhun Hacıbəylinin nəvəsi. Babasını ad və soyadını daşıyır - o da Ceyhun Hacıbəylidi... 

 

Mən "Qarabağ" klubunun fəxri prezidenti olan zaman AFFA-nın xüsüsi mükafatını alıram.

 

<p">Şahmar Əkbərzadə əmim oğludu, bizə qonaq gəlmişdi. Sağdakı da qaynanamdı.

 

Ən çox sevdiyim sənətkar və dostum Həsən Məmmədovla birgə çəkdirdiyim şəkil 2000-ci ildə lentə alınıb.

 

Ankara Polis Akademiyasını bitirmiş gənclərə qonaqlıq veririk Bakıda. 2004-cü il.

 

<p">Türkiyənin İqdır şəhərinə getmişdik. Ortada İqdır bələdiyyəsinin başqanıdər, sağda da Əflatun Amaşov.

Ankaradayıq. Ankara Polis Akademiyasının rəisi ilə bir yerdə. Oğlum Toğrul oranın tələbəsi idi. 2004-cü il.

Bu şəkil Hollandiyada çəkilib.Yanımdakı Həsən Zeynalovdu. 2008-ci il Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirə getmişdik

 

Fəvvarələr meydanında bir qrup gənc "Kitabla maariflən" şüarı altında bir saatlıq kitab oxuma aksiyası keçiriblər. Millət vəkili Aqil Abbas da onlara dəstək verir.  

 

Milli Məclisin foyesi... Təhlükəsizlik və müdafiə komitəsinin iclasından çıxmışıq.

 

Yazıçılar Birliyinin “Natəvan” klubunda 2009-cu ilin ədəbi yekunlarının mükafatlandırma mərasimi.

 

"Media Açarı - 2009" müsabiqəsinin təqdimatı zamanı: Aqil Abbas: "Qadanalım necəsən?", Vaqif İbrahimoğlu: "Həkimsən..?"

 

<p">2009-cü il. Xalq şairi Söhrab Tahirlə bir yerdəyik...

 

«Rusenborq»u ilə qarşılaşacaq «Qarabağ» klubunun məşqini izləyənlər arasında deputat və «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid də var.

Milli Məclisin iclas zalında...

 

Ağdamın işğalının 17-ci ilinin anım günündə....

 

Xanımımla Türkiyədəyik. Efes bölgəsində...

Nəvəm Tansunun ad günündə oynayıram...

İradə xanımla son zamanlar çəkilən şəkillərimizdən biri...

 

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu peyvənd uşaqlarda 90,7% effektivlik göstərdi   22 Oktyabr 2021, 20:22 Xüsusi Təyinatlı Qüvvələrin təlimlərindən VİDEO 22 Oktyabr 2021, 19:56 Türkiyə daha 6 terrorçunu zərərsizləşdirdi 22 Oktyabr 2021, 19:43 Bakıda nəzarətsiz qalan azyaşlı xilas edildi 22 Oktyabr 2021, 19:29 Azərbaycanın sədrliyi ilə QDİƏT-in iclası keçirildi 22 Oktyabr 2021, 19:13 Sahibə Qafarovadan Avropa ölkələrinə Ermənistan XATIRLATMASI   22 Oktyabr 2021, 19:02 Bu ölkədə 200 mindən çox vaksin məhv ediləcək 22 Oktyabr 2021, 18:53 Azərbaycan əhalisi nağdsız ödənişlərə üstünlük verir 22 Oktyabr 2021, 18:47 Suraxanıda saxlanılan 48 narkotacirlə bağlı yeni açıqlama 22 Oktyabr 2021, 18:42 Eldəniz Səlimovun işi Ağır Cinayətlər MƏHKƏMƏSİNDƏ 22 Oktyabr 2021, 18:24 İsveçdə reper güllələndi 22 Oktyabr 2021, 18:20 Bu ölkədə 400 il sonra Britaniya idarəçiliyinə son qoyulub 22 Oktyabr 2021, 18:16 AccessBank 2021-ci il üçün maliyyə hesabatını açıqladı 22 Oktyabr 2021, 18:12 Azərbaycanlı hakim Avropada karantinə alındı 22 Oktyabr 2021, 18:08 Bakıda idmançı zalda ölü tapıldı - FOTO 22 Oktyabr 2021, 18:02 Türkiyə kəşfiyyatçıları PKK liderini zərərsizləşdirdi 22 Oktyabr 2021, 17:56 Zakir Həsənov Kəlbəcər və Laçında döyüş mövqelərini YOXLADI 22 Oktyabr 2021, 17:50 Son sutkada PEYVƏNDLƏNƏNLƏR 22 Oktyabr 2021, 17:47 Yoluxma artdı - 18 nəfər öldü 22 Oktyabr 2021, 17:44 AFFA bu klubları 11 min manat CƏRİMƏLƏDİ 22 Oktyabr 2021, 17:38 Moskvada 20-yə yaxın aviareys təxirə salındı 22 Oktyabr 2021, 17:32 Dolların yeni həftə üçün MƏZƏNNƏSİ 22 Oktyabr 2021, 17:26 Şirvanda “patı” satan şəxs saxlanıldı 22 Oktyabr 2021, 17:20 Vəzifəli şəxslər Şükür Həmidovun məzarını ziyarət etdilər - FOTOLAR 22 Oktyabr 2021, 17:14 Taksi sürücüsü məktəbli qıza təcavüzə cəhd etdi 22 Oktyabr 2021, 17:08 Putin baş nazirlə 5 saat nə barədə danışıb? 22 Oktyabr 2021, 17:03 Vətən Müharibəsi qəhrəmanının XATİRƏ GECƏSİ  22 Oktyabr 2021, 16:59 Ərəb mətbuatı Prezidentin Füzuli səfərindən yazdı 22 Oktyabr 2021, 16:54 Türkiyə-Azərbaycan münasibətləri çoxşaxəlidir 22 Oktyabr 2021, 16:51 Moskvada güclü qasırğa: Kremlin divarı zədələndi 22 Oktyabr 2021, 16:46 Azərbaycana iki minaaxtaran it GƏTİRİLDİ 22 Oktyabr 2021, 16:40 50-yə yaxın sürücü və sərnişin CƏRİMƏLƏNDİ 22 Oktyabr 2021, 16:34 Azərbaycan-İran sərhədində silah-sursat aşkarlandı - FOTOLAR 22 Oktyabr 2021, 16:28 Şəhidin xanımı dəfn olundu - FOTOLAR 22 Oktyabr 2021, 16:23 Saatlıda içməli su təchizatı yaxşılaşdırıldı 22 Oktyabr 2021, 16:17