Arxiv
12 Sentyabr 2016, 11:41 | HADİSƏ
85 dövlət müəssisəsi hərraca çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 11 oktyabr tarixində keçiriləcək yeni hərrac elan edilib.

 

Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, budəfəki hərraca 85 dövlət müəssisə və obyekti çıxarılıb.

 

Hərraca çıxarılan dövlət əmlaklarının 30-u özəlləşdirmə prosesi çərçivəsində yaradılmış kapitalının nəzarət səhm paketinin 30-45 faizini təşkil edən açıq səhmdar cəmiyyətləridir. Bunlar Bakı, Gəncə, Sumqayıt şəhərləri, habelə Salyan, Ucar, Beyləqan, Ağdaş, Yevlax və digər rayonlarda yerləşən səhmdar cəmiyyətləridir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri kəndkimya, təmir-tikinti, avtonəqliyyat, quşçuluq, dəmir beton, sənaye, emal və digər sahələri əhatə edir.

 

Bundan əlavə 11 oktyabr tarixində keçiriləcək hərraca 30 kiçik dövlət müəssisə və obyekti də çıxarılıb. Bu obyektlər sırasında Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən qeyri-yaşayış sahələri, habelə ictimai iaşə və ticarət müəssisələri vardır.

 

Eyni zamanda hərraca çıxarılan dövlət obyektlərinin siyahısında 25 ədəd nəqliyyat vasitəsi də yer alıb.

 

Qeyd edilməlidir ki, komitənin özəlləşdirmə portalı, habelə rəsmi internet saytı vasitəsi ilə satışa çıxarılan əmlaklar barədə ətraflı məlumat əldə edərək istənilən şəxs hərracda iştirak edə və əmlak sahibi ola bilər.

 

Hərracda iştirak etmək üçün komitənin elektron xidmətlər portalı vasitəsi ilə elektronqaydada, habelə Hərracların Təşkili üzrə Auksion Mərkəzi və onun regionla bölmələrində sifariş verib, əmlakın satış qiymətinin 10%-i məbləğində beh ödəyərək iştirakçı hüququnu əldə etmək kifayətdir.

 

Hərraca çıxarılan daşınmaz dövlət əmlaklarının iqtisadi göstəriciləri barədə məlumatlar, mövcud vəziyyətini əks etdirən foto materiallar, yerləşmə mövqelərini göstərən xəritələr (google map) privatization.az saytında yerləşdirilir. Hərraca çıxarılan hər bir səhmdar cəmiyyəti barədə ətraflı məlumatla http://privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/mue-ssis-l-r/uemumi-siyah linkdə tanış olmaq olar. Hərracda iştirak etmək istəyən vətəndaş kiçik dövlət müəssisə və obyektləri barədə ətraflı məlumatı http://privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/kidzhik-doevlaet-muaessisae-vae-obyektlaeri linkdən ala bilər.

 

Bununla yanaşı dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elanlar, habelə hərraclarda iştirak qaydaları barədə məlumat komitənin rəsmi mətbu orqanı olan "Mülkiyyət" qəzetində də dərc edilir.

 

Hərrac prosesi ilə tanış olmaq istəyən hər bir vətəndaş “açıq hərrac”larda iştirak edə bilər. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

 

 

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şuşa-Turşsu yolu minalardan təmizlənir - VİDEO 5 Dekabr 2020, 13:08 Yaqut Abdullayevanın “Əsgərə məktub”u 5 Dekabr 2020, 13:00 İspaniya mediasında Azərbaycan həqiqətlərindən danışılıb 5 Dekabr 2020, 12:54 “Suqovuşan” elektrik stansiyaları 3 ay ərzində istismara veriləcək -VİDEO 5 Dekabr 2020, 12:46 Bakıda mənzildən meyit tapıldı 5 Dekabr 2020, 12:38 Paşinyan əsirlərin mübadiləsindən DANIŞDI 5 Dekabr 2020, 12:30 Sabahın hava PROQNOZU 5 Dekabr 2020, 12:24 Ədalət Vəliyev partiya sədrləri ilə görüş keçirdi 5 Dekabr 2020, 12:19 Azərbaycan nefti 50 dollara yaxınlaşır 5 Dekabr 2020, 12:12 Alimlər koronavirusla bağlı populyar mifi təkzib etdi 5 Dekabr 2020, 12:05 “Bütövləşən Azərbaycan - 44 günlük Zəfər Salnaməmiz” - VİDEO 5 Dekabr 2020, 12:00 Vəkillər Kollegiyası erməni təcavüzü ilə bağlı 230 beynəlxalq təşkilata müraciət etdi 5 Dekabr 2020, 11:54 Gürcüstanda yoluxma sayında yeni rekord 5 Dekabr 2020, 11:47 “Könüllülər ili”nə həsr olunmuş poçt markası hazırlanıb - FOTOLAR 5 Dekabr 2020, 11:40 Ermənistanda koronavirusa yoluxanların sayı 140 mini ötdü 5 Dekabr 2020, 11:32 Lənkəran sakini qohumunun evindən oğurluq etdi 5 Dekabr 2020, 11:24 Həlak olan mülki şəhidlərin ailələrinə ödənişlər TƏYİN OLUNDU 5 Dekabr 2020, 11:16 “Rəmiş” ləqəbli narkotacir saxlanıldı - FOTOLAR 5 Dekabr 2020, 11:08 Gələn ilin bayram GÜNLƏRİ 5 Dekabr 2020, 11:00 Prokurorluq daha 3 COVİD - 19 xəstəsinə cinayət işi başladı 5 Dekabr 2020, 10:52 Xaçmazda evlərdən oğurluq edən şəxs saxlanıldı - FOTOLAR 5 Dekabr 2020, 10:44 Cəbrayıl uğrunda şəhid olan baş leytenant - FOTO 5 Dekabr 2020, 10:36 Azercell RİİB –in təşəbbüsü ilə Könüllülərə güzəşt təqdim edir 5 Dekabr 2020, 10:28 Xudavəng monastrının dini varisləri geri qayıtdı - Monastra vaiz təyin olundu 5 Dekabr 2020, 10:20 Neft yenidən bahalaşdı 5 Dekabr 2020, 10:12 Bakıda restoranda ad günü keçirən model CƏRİMƏLƏNDİ 5 Dekabr 2020, 10:04 Köçəryan Ermənistanın Türkiyə ilə bağlı xain planından danışdı 5 Dekabr 2020, 09:56 Evini tərk edən daha 9 koronavirus xəstəsinə cinayət işi açıldı 5 Dekabr 2020, 09:48 Goranboyda şəhid ailələri və qazilərlə görüşlər davam edir 5 Dekabr 2020, 09:40 Bütün təhsil müəssisələrinə Zəfər Günü TƏKLİFİ 5 Dekabr 2020, 09:32 Zəkanı və yaddaşı artırmağın 15 yolu 5 Dekabr 2020, 09:24 İtaliyalı deputatlar Azərbaycana gəliblər - onlar Gəncə və Ağdama səfər edəcəklər 5 Dekabr 2020, 09:16 Göyçayda koronavirus xəstəsi küçədə saxlanıldı 5 Dekabr 2020, 09:08 “Lexus” hasara çırpılıb yandı 5 Dekabr 2020, 09:00 Kələmin faydaları 5 Dekabr 2020, 08:57
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?