Arxiv
14 Sentyabr 2016, 13:48 | HADİSƏ
Taleh Bağırovun məhkəmə prosesindən: “Əlində qumbara və beşbarmaq var idi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman birliyi” adlanan təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Modern.az-ın xəbərinə görə, prosesdə ifadə verən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Kənan Heybətov bildirib ki, əməliyyat zamanı təqsirləndirilənlərdən Bəhruz Əsgərovu zərərsizləşdirib: "Əməliyyat keçirildi. Bəhruzun əlində qumbara və beşbarmaq var idi. Mən onu zərərsizləşdirəndə yaralı idi. Güllə yarası almışdı. Baldırının arxa hissəsindən güllə dəymişdi. Onu əlbəyaxa döyüş üsulu ilə yerə yıxıb zərərsizləşdirdim.

 

Mən Bəhruz Əsgərovu hədəfə alıb atəş açmışam. Amma bilmirəm mən vurmuşam, ya yox. Əməliyyat zamanı 6 güllə atmışam. Amma onun Bəhruza dəyib-dəymədiyini bilmirəm. Əməliyyatda 20 polis iştirak etmişik. Əlavə qüvvə cəlb edilməyib. Əməliyyat zamanı barrikada qurmamışıq".

 

Vəkil Yalçın İmanovun suallarını cavablandıran K.Heybətov bildirib ki, ola bilsin sonradan əməliyyata əlavə qüvvə cəlb edilib. Amma o əməliyyatda əvvəlcə 20 polis iştirak edib. Yaralıların təcili-tibbi yardımla xəstəxanaya yola salındığını deyən K.Heybətov bildirib ki, hadisə zamanı mənəvi zərər çəkib: "Hadisədən sonra bir müddət özümə gələ bilmədim. Çox stress keçirmişəm".

 

Təqsirləndirilən şəxs B.Əsgərov bildirib ki, hadisə zamanı ona rezin güllələr dəyib, həqiqi güllədən xəsarət almayıb.

Proses fasilədən sonra davam etdiriləcək.

 

Xatırladaq ki, T.Bağırov və təşkilatın digər üzvləri Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Həmin şəxslər ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıblar.

 

F.Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

 

Ağa AKİFOĞLU

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Putinlə Paşinyan Azərbaycanla sərhəddəki vəziyyəti MÜZAKİRƏ ETDİ                                        14 May 2021, 11:17 Valideynlər övladları üçün doğru məktəbi necə seçməlidir?                  14 May 2021, 11:06 Yaponiyada zəlzələ olub 14 May 2021, 10:44 Qazax və Şəmkirdə qaz xətləri yenilənir 14 May 2021, 10:31 Arif Rəhimov beynəlxalq mediaya müsahibə verib 14 May 2021, 10:16 Zakir Həsənov azad olunmuş ərazilərdə - FOTOLAR 14 May 2021, 10:09 20 yaşlı tələbə itkin düşüb 14 May 2021, 10:04 Fransa prezidentindən Azərbaycana qarşı ƏSASSIZ İTTİHAM 14 May 2021, 10:00 İsrail hava hücumlarına yenidən başlayıb 14 May 2021, 09:50 Tokio Olimpiadasının keçirilməsinə qarşı petisiya toplanır 14 May 2021, 09:33 Yer kürəsinə asteroid yaxınlaşacaq 14 May 2021, 09:19 BMT Təhlükəsizlik Şurası Fələstin üçün TOPLANACAQ 14 May 2021, 09:05 Ordumuz antiterror təlimlərinə başlayır 14 May 2021, 08:26 Məni niyə Şuşaya aparmayıblar? 14 May 2021, 01:17 Bakıda yeniyetmə boğazından bıçaqlandı 14 May 2021, 00:58 Ən çox peyvənd vurulan ölkələr 14 May 2021, 00:43 ABŞ 120 nəfərlik personalı İsraildən çıxardı 14 May 2021, 00:27 İsrailin atəşi nəticəsində “Anadolu” agentliyinin iki əməkdaşı yaralandı 14 May 2021, 00:16 Livandan İsrail istiqamətinə raket atıldı 14 May 2021, 00:01 Ermənistan-Azərbaycan sərhədində gərginliyin izi hara aparır? - TƏHLİL 13 May 2021, 23:53 Gürcüstanın Baş naziri müsəlmanları təbrik etdi - FOTO 13 May 2021, 23:48 Polisin xəbərdarlığına baxmayan 10 piyada cərimələndi - FOTO 13 May 2021, 23:32 “Oğlumun “Sportinq”ə keçməsi üçün hər şeyi edəcəm” - Ronaldonun anası 13 May 2021, 23:17 Türkiyədə yoluxanlar azaldı, ölənlər artdı 13 May 2021, 23:04 ABŞ-dan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ 13 May 2021, 22:49 İsmayıllıda ağır yol qəzası - ölən var 13 May 2021, 22:35 Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Ermənistanla sərhədə GETDİ 13 May 2021, 22:27 Daha 30 şirkət Rusiyaya pomidor ixrac edəcək 13 May 2021, 22:18 Ermənistan-Azərbaycan gərginliyi: “Bizə aid olanların hamısını geri qaytaracağıq!” - ŞƏRH 13 May 2021, 22:03 Ermənistanla sərhəddə nə baş verir? - XİN AÇIQLAMA YAYDI 13 May 2021, 22:03 ATƏT sədri Ermənistanın XİN rəhbəri ilə də danışdı 13 May 2021, 21:53 Cəlilabadda atanın törətdiyi qəzada qızı öldü 13 May 2021, 21:42 Hacıbala Abutalıbova - Hansı yaxşıdır, ölü, yoxsa ilana zəhər verən kərtənkələ? 13 May 2021, 21:34 Gürcüstanda bu məhdudiyyətlər ləğv olundu 13 May 2021, 21:28 ATƏT sədri ilə Azərbaycan-Ermənistan sərhədindəki gərginlik müzakirə edildi 13 May 2021, 21:15