Modern.az

Azərbaycana gələn rus qızını zorladılar – DƏHŞƏT

Azərbaycana gələn rus qızını zorladılar – DƏHŞƏT

Hadisə

14 Sentyabr 2016, 16:22

Cəlilabad rayonunda dəhşətli hadisə baş verib.

Modern.az “Qafqazinfo"ya istinadən xəbər verir ki, təxminən bir həftə öncə Rusiyadan Azərbaycana gələn gənc qız Cəlilabadda zorlanıb.

Rusiya Federasiyasının Omsk vilayətindən olan qadın Cəlilabada gedib. Alar kəndinə taksidən düşərək Günəşli kəndinə gedən maşına minib.

Sözügedən qızla eyni maşında Bakıdan gələn gənc oğlan yolda söhbət zamanı qızın Cəlilabada qonaq getdiyi öyrənib.Oğlan bu barədə Alar kəndindəki tanışlarına məlumat verib. Rus qız qəbiristanlığa daxil olduqdan sonra həmin şəxslər ona hücum ediblər. Qızı döyərək uzun müddət zorlayıblar.

 

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda cinayət işi açılıb. Hadisədə şübhəli bilinən 3 nəfər saxlanılıb. Cəlilabad rayon prokurorluğu və Cəlilabad rayon polis şöbəsindən faktı təsdiqləyiblər. Lakin ətraflı məlumat verilməyib.

 

Hadisə ilə bağlı Rusiya səfirliyi də məlumatlandırılıb. Zərərçəkən xanım səfirliyə şikayət edib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi