Modern.az

Türkiyənin Diyarbəkir vilayətində terror aktı - 1 ölü, 30 yaralı - YENİLƏNİB

Türkiyənin Diyarbəkir vilayətində terror aktı - 1 ölü, 30 yaralı - YENİLƏNİB

4 Noyabr 2016, 10:05

Türkiyənin Diyarbəkir vilayətinin Bağlar rayonunda partlayış törədilib.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, polis idarəsinə silahlı hücumun ardından atışma olub. Terror aktı zamanı terrorla mübarizə və çevik polis alayının yerləşdiyi bina partladılıb.

Hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşını cəlb olunub. Hələlik ölən və ya yaralananlar barədə məlumat verilmir.


***

Türkiyə KİV-lərinin yaydığı son məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 30 nəfər yaralanıb.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!