Modern.az

"Qarabağ" ilk dəfə ən güclü “100-lük”də

"Qarabağ" ilk dəfə ən güclü “100-lük”də

Aktual

4 Noyabr 2016, 14:00

"Qarabağ" ilk dəfə olaraq ən güclü 100 klubun siyahısına düşüb.

Modern.az  xəbər verir ki, dünən Avropa Liqasının qrup mərhələsinin IV turunda PAOK-u 1:0 hesabı ilə məğlub edən "Qarabağ"ın UEFA klubların reytinq cədvəlindəki mövqeyi dəyişib.

Belə ki, Ağdam təmsilçisi  13 pillə irəliləyərək 18.050 xalla 99-cu yerdə qərarlaşıb.

Bununla da "Qarabağ"  ilk "100-lük"də qərarlaşan ilk Azərbaycan klubu olub.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür