Modern.az

Direktorun ölümünə səbəb olan jurnalist məhkəməyə verilir

Direktorun ölümünə səbəb olan jurnalist məhkəməyə verilir

Aktual

27 Yanvar 2017, 22:39

ATV-nin "Yoxlama” verilişinin aparıcısı Azər İsmayılov məhkəməyə verilir. Modern.az saytı xəbər verir ki, bu barədə müsavat.com-a mərhum direktorun qızı məlumat verib.

Xətai rayonu Zaur Məmmədov adına 171 saylı orta məktəbin direktoru Telman Qardaşovun qızı atasının ölümündə Azər İsmayılovu günahkar bilir: "Atamın vəfatına səbəbkar olan Azər İsmayılovdur. O, gəlib qanunsuz şəkildə çəkiliş aparmasaydı, bunu efirə verməsəydi, atam indi sağ idi. Onu məhkəməyə verəcəyik. Hər şeyə görə cavab verməlidir".

Qeyd edək ki, məktəbdə çəkilişlə bağlı yaranan qalmaqallardan sonra məktəb direktoru Telman Qardaşovun səhhətində problemlər yaranıb və vəziyyəti ağırlaşan direktor dünyasını dəyişib.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü