Modern.az

“Təhsil haqqında” Qanunda ŞOK dəyişiklik - Universitetlərə imtahansız qəbul aparılacaq

“Təhsil haqqında” Qanunda ŞOK dəyişiklik - Universitetlərə imtahansız qəbul aparılacaq

7 İyun 2017, 17:33

Azərbaycanda “Təhsil haqqında” Qanuna yeni dəyişiklik edilir.


Modern.az xəbər verir ki, dəyişiklik Milli Məclisin iyunun 13-də keçiriləcək növbədənkənar  iclasında müzakirəyə çıxarılacaq.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə bildirib ki, dəyişikliyə görə, universitetlərin nəzdində müvafiq hazırlıq kursları yaradılır və bu hazırlıq kursları vasitəsilə bakalavr pilləsinə imtahan vermədən qəbul həyata keçiriləcək.


A.Mollazadə kursların ödənişli nəzərdə tutulduğunu deyib.
 


Deputat dəyişikliyin əleyinə olduğunu vurğulayıb.


“Bu dəyişiklik imtahandan uğursuz nəticə əldə edən insanlar üçün universitetlərə qəbul olmaq imkanı yaradır. Mənə elə gəlir ki, bu dəyişiklik ali məktəblərin təhsil səviyyəsini aşağıya endirir. Ona görə də bu dəyişikliyin əleyhinəyəm”.


Qanun layihəsi Milli Məclisin iyunun 13-də keçiriləcək iclasında müzakirə ediləcək.


Mirmahmud KAZIMOĞLU

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir