Arxiv
13 Noyabr 2009, 12:57 | MEDİA
Redaktorlar Azərbaycan mətbuatının perspektivini necə görürlər?

MODERN.AZ BU SUALA CAVAB ALMAQ ÜÇÜN BİR NEÇƏ REDAKTORA MÜRACİƏT EDİB

“525-ci qəzet”in  baş redaktoru Rəşad Məcid yazılı mətbuatın iqtisadi cəhətdən geri qaldığını deyir: “Azərbaycan mətbuatının müstəqil mediası Azərbaycanın müstəqillik qazandıqdan sonra əldə etdiyi ən böyük uğurlardan biridir. Bu illərdə Azərbaycan mətbuatının çətin dövrləri də, uğurlu məqamları da olub. Neçə illərdir ki, biz bu mətbuatda fəaliyyət göstəririk və həmişə də Azərbaycan mətbuatının güclü biznes strukturuna çevrilən, ictimai rəyə dərin təsir edən resurs kimi görmək istəmişik. Və bu illərdə müəyyən qədər uğurlu məqamlarımız və addımlarımız  da olub. Ancaq təəssüf ki, bizim arzuladığımız və istədiklərimizin hamısı həyata keçməyib. Mən həmişə Azərbaycan mətbuatının güclü mətbuat olmasını arzulamışam. İstərdim ki, yeni müstəqillik dönəmində formalaşmağa başlayan müstəqil mətbuatın həm güclü iqtisadi bazası yaransın, həm də KİV-in öz ofis, texniki avadanlıq, bölgələrdə büroları olsun və jurnalistlərimizin sosial şəraiti yaxşı olsun, onlar normal əməkhaqqı alsınlar. Təəssüf ki, bugünkü reallıq belədir ki, Azərbaycan jurnalistləri demək olar qəpik-quruş alırlar. Azərbaycan qəzetlərinin və yazılı mətbuatın iqtisadi vəziyəti çox aşağıdır. Bizim ölkədə reklam bazarı gülünc vəziyyətdədir. Bu baxımdan arzularımızın hələ ki yaxın vaxtlarda reallşması görünmür. Amma şübhəsiz ki, biz tam pessimist də deyilik və inanırıq ki, Azərbaycan mətbuatı Qafqaz regionunda öz iqtisadi bazası və  peşəkar jurnalistləri ilə güclü mətbuat orqanlarından birinə çevriləcək”.

“Yeni Müsavat” qəzetinin internet redaktoru Xalid Kazımlı bildirib ki, zaman ötdükcə yaxşı qəzetlərin sayı azalır, reket qəzetlər isə çoxalır: “Mətbuat üzərində qeyri-rəsmi senzura da var. Söhbət təkcə qəzetlərdən getmir. Həmçinin elektron KİV-lər də inhisara alınır və onlar üzərində senzura güclənir. Yalnız 4-5 qəzet var ki, söz azadlığı uğrunda mübarizə aparmaqla müqavimət göstərirlər. Ancaq potensial da var. Yeni gənclər yetişir. Əgər gələcəkdə normal yaradıcılıq mühiti olarsa, bu gənclər indiki qəzetlərə rəhbərlik edən və aparıcı jurnalist olan orta yaşlı nəsli əvəz edə bilərlər. Mətbuat sahəsində təcrübə toplaya bilən gənclərin sayı az olsa da, məncə keyfiyyət var. Hiss olunur ki, ildən-ilə bu peşəyə şürlu seçim edib gələnlərin sayı artır. Bir ara ali məktəbə sənəd verərkən jurnalistika fakültəsini elə-belə yazırdılar və başqa ixtisaslara balları çatmayanda jurnalistikaya qəbul olunurdular. Amma indi hiss olunur ki, jurnalistikanı sevə-sevə istəyib gələn gənclər də var. Bunları görəndə, istər-istəməz perspektivə optimist və nikbinliklə yanaşmaq mümkündür. Ancaq mövcud hakimiyyətin jurnalistikaya, mətbuata və söz azadlığına münasibəti optimizmə yer qoymur. Bu cür davam etsə, çox pis olacaq. Ümid edirəm ki,  bir gün azad sözə azadlıq vermək, onun işinə qarışmamaq xətti aradan götürüləcək”.

“Media Forum” saytının baş redaktoru Azər Qaraçənli jurnalistikada canlanmanın olacağı gözləniləndir: “Doğrudur, söz azadlığı, mətbuat azadlığı, peşəkarlıq son illərdə get-gedə zəifləməyə və aşağı düşməyə doğru gedir. Hər il jurnalistlər üçün ötən ildən pis başlayır. Qarşıdan gələn ildə də jurnalistlərə qarşı təqiblərin azalacağını düşünmürəm. Əksinə, bu təqiblər  çox güman ki, artacaq. Amma ümumən jurnalistikada bir canlanmanın olacağını gözləyirəm. Mənə elə gəlir ki, yaxın vaxtda jurnalistikada həm yeni jurnalistika meydana çıxacaq, həm də hazırda media sahəsində çalışan jurnalistlərin yaradıcı fəaliyyətlərində keyfiyyət dəyişikliyi baş verəcək. Təbii ki, mənim bu qənaətim müşahidə və intuisiyaya əsaslanır. Bu baxımdan yaradıcılıq sahəsində canlanmanın, yaxşı mənada dəyişikliyin olacağına inanmağım belə bir ümid verir ki, medianın iqtisadi, siyasi vəziyyətində də yaxşılığa doğru ümid yarana bilər. Bu da yaradıcı məsələyə və digər məsələlərin də həllinə müəyyən qədər nikbinlik üçün əsas verir”.

Reytinq” qəzetinin redaktoru Seymur Verdizadə Azərbaycanda mətbuatın IV hakimiyyətə yüksələ bilmədiyini fikirləşir: “Normal ölkələrdə mətbuat özünü IV hakimiyyət hesab edir. Təəssüf ki, Azərbaycan mətbuatı bu yüksəkliyə qalxa bilməyib. Buna baxmayaraq, mətbuat işçiləri özlərinin haqqı olan hakimiyyət  pilləsində öz yerlərini əldə etmək üçün mütləq mübarizə aparmalıdırlar. Əgər mübarizə aparmaqla həqiqətən IV hakimiyyətə çevrilə bilsək, Azərbaycan mətbuatının perspektivi, gələcəyi parlaq olacaq. Yox əgər Azərbaycanın media təmsilçiləri mətbuat işçilərini buyruq quluna çevirsələr, ancaq təsisçilərin, gözəgörünməz sponsorların və qaranlıq qüvvələrin sifarişlərini yerinə yetirsələr, mətbuatımızın gələcəyi bir o qədər də ürəkaçan olmayacaq. Hesab edirəm ki, Azərbaycanda mətbuatın missiyasını dərk edən xeyli sayda qələm sahibi var. Mənə elə gəlir ki, Azərbaycan mediası mətbuatı dərk edən insanların çiynində yüksələcək”.

“Azərbaycan” qəzetinin şöbə müdiri İxtiyar Hüseynli bildirib ki, Azərbaycan mətbuatının perspektivini çox uğurlu görür: “Əminəm ki, beynəlxalq miqyasda  mətbuatda gedən proqressiv proseslərin müsbət təsiri Azərbaycana da sirayət edəcək. Bu gün bizim mətbuatın üzləşdiyi ən çətin problemlər reket jurnalistika, jurnalistlərin xeyli hissəsinin öz sənətindən xəbərdar olmaması və peşəkarlığın aşağı səviyyədə olması kimi hallardır. Azərbaycanda yeni nəsil jurnalsitlərin yetişməsində də çox ciddi problem var. Və bu problem  mətbuatımızın uğurlu olmasının qarşısını alan yeganə amildir. Bunun da əsas səbəbi odur ki, özəl və dövlət  ali məktəblərinin jurnalist ixtisası üzrə yetişdirdiyi tələbələrin keyfiyyəti, səviyyəsi və sambalı müvafiq tələblərə cavab vermir”. 

APA-nın baş direktoru Vüsalə Mahirqızı düşünür ki, Azərbaycan mətbuatının perspektivi rəngarəngdir: “Mən hesab edirəm ki, ümumilikdə perspektiv məsələsinə fərdi yanaşmaq lazımdır. Azərbaycanda bəzi mətbuat orqanları var ki, biz daxil olmaqla, onların çox işıqlı perspektivini görürəm. Amma elə  media qurumları da var ki, onların siyasəti və xəbərə  yanaşmaları dəyişməlidir, əks halda heç vaxt biznes obyektinə çevrilməyəcəklər. Biznes obyektinə çevrilməyən media qurumunun heç bir perspektivini görmürəm. Ümumiyyətlə, Azərbaycan mətbuatı üçün perspektiv olaraq onu görürəm ki, dünyanın bütün normal sağlam ölkələrində olduğu kimi, ölkəmizdə də media yavaş-yavaş biznes vasitəsinə çevriləcək, medianı idarə edən insanlar mediaya pul qazanmaq vasitəsi kimi baxacaqlar. Mən hesab edirəm ki, rəngarəng xəbər verən, oxucunun zövqünü oxşamağa çalışan media da onda ortaya çıxacaq. Çünki indi bizim media qurumları oxcunun onun haqqında nə düşündüyünə o qədər də önəm vermir. Konkret olaraq onlarda ancaq bəlli siyasi kurs var, hansısa maraq var və həmin marağın hesabına fəaliyyət göstərirlər. Onlara heç də maraqlı deyil ki, materiallları kimsə alır, oxuyur və ya ona reklam verən var, yoxdur.  Amma o zaman ki, artıq bu sahəyə pul qoyulacaq və məqsəd də o pulu geri qaytarmaq, daha çox qazanmaq olacaq, onda media qurumları daha effektli xəbər yaymağa, daha rəngarəng olmağa və oxucunun nə istədiyini araşdırmağa, reklamçının tələbini araşdırmağa meylli olacaqlar. Yəni mən bütün perspektivi bunda görürəm. Hansı qurumlar özlərinə biznes proyekt kimi baxacaqlarsa, bütün xəttlərini də buna istiqamətləndirəcəklərsə, həmin qurumların yaşamaq haqqı olacaq və mübarizədən də qalib çıxacaqlar. Hansı qurumlar ki, təbliğat və rupor rolunu oynayacaqlar, onlar bugün də olmasa, 3 il və ya 5 il sonra mətbuatdan silinəcəklər. Mən Azərbaycan mətbuatının gələcəyini çox işıqlı görürən və inanrıram ki, bu sahədə bir neçə holdinq olacaq”

Günay MUSAYEVA

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağlını itirmiş rəhbər və ya Paşinyanın “parkinson xəstəliyi” 24 Oktyabr 2020, 16:44 Xarkov vilayətində Azərbaycanın Milli Qəhrəmanı Ruslan Polovinka yad edilib 24 Oktyabr 2020, 16:36 Düşmən növbəti itkilərinin sayını açıqladı - SİYAHI 24 Oktyabr 2020, 16:33 Müdafiə Nazirliyindən yayılan saxta videolarla bağlı AÇIQLAMA 24 Oktyabr 2020, 16:31 “Bu səhər İlham Əliyevlə danışdım” - Ərdoğan 24 Oktyabr 2020, 16:25 Şəhid hərbçilərin və həlak olan mülki şəxslərin kreditləri TAM SİLİNDİ 24 Oktyabr 2020, 16:19 Düşmənin məqsədi ordumuzun Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir - Hikmət Hacıyev 24 Oktyabr 2020, 16:16 Düşmənin növbəti PUA-sı məhv edildi 24 Oktyabr 2020, 16:10 Ordu irəliləyir, Prezident müjdələr verir, üzümüz gülür... 24 Oktyabr 2020, 16:03 Serbiyanın “Natsionalna TV” kanalında ölkəmizdən danışılıb 24 Oktyabr 2020, 15:57 Ordumuz Qubadlıda düşmənin döyüş təyarəsini MƏHV ETDİ 24 Oktyabr 2020, 15:50 Baş Prokurorluqdan hərbçilərin videosunu paylaşanlara XƏBƏRDARLIQ 24 Oktyabr 2020, 15:42 Azərbaycanda yaşanan işğal faktorunun arxasında Fransa da var - Ərdoğan 24 Oktyabr 2020, 15:35 Azərbaycanda daha 792 nəfər koronavirusa yoluxdu - 8 nəfər öldü 24 Oktyabr 2020, 15:28 Bayrağımız Şuşada dalğalancaq! - VİDEO 24 Oktyabr 2020, 15:20 Azərbaycan öz torpaqlarını geri almağa başlayıb - Ərdoğan 24 Oktyabr 2020, 15:12 Mətbuat Şurası beynəlxalq təşkilatlara müraciət etdi 24 Oktyabr 2020, 15:05 İranda koronavirusdan ölənlərin sayı 32 mini ötüb 24 Oktyabr 2020, 14:58 ABŞ-da döyüş təyyarəsi qəzaya uğrayıb 24 Oktyabr 2020, 14:50 Adil Qeybulla: "Məğlubiyyət ermənilərə güclü psixoloji təsir edir" 24 Oktyabr 2020, 14:42 Təhsil naziri erməni terrorunun qurbanı olan şagirdlərdən YAZDI 24 Oktyabr 2020, 14:35 Dağlıq Qarabağda referendum heç vaxt olmayacaq 24 Oktyabr 2020, 14:27 Şəmkirdə yaşayan erməni qadın danışdı - VİDEO 24 Oktyabr 2020, 14:20 Xilaskar ƏSGƏRİM 24 Oktyabr 2020, 14:13 Ermənistandan Laçın və Qubadlı raket atəşinə tutulur - Müdafiə Nazirliyi 24 Oktyabr 2020, 14:06 “Çəkilən videoları yaymaq əvəzinə Müdafiə Nazirliyinə təhvil vermək daha faydalıdır” - Deputat    24 Oktyabr 2020, 14:00 Düşməndən növbəti etiraf: “Azərbaycandan çox geri qalmışıq” 24 Oktyabr 2020, 13:55 Yaponiya noyabrda təxirə salınan olimpiadaların bilet pulunu qaytara bilər 24 Oktyabr 2020, 13:50 Bakıda mənzildən 30 min manatlıq oğurluq olub 24 Oktyabr 2020, 13:42 Əkrəm İmamoğlu koronavirusa yoluxub 24 Oktyabr 2020, 13:35 Azərbaycan nefti yenidən ucuzlaşdı 24 Oktyabr 2020, 13:29 Düşmən terroru nəticəsində 8 şagird həlak olub, 16-sı yaralanıb 24 Oktyabr 2020, 13:22 Goranboyda evin həyətinə düşüb partlamayan erməni raketi - FOTO 24 Oktyabr 2020, 13:15 “Ermənistan Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoymalıdır” - Türkiyə MN 24 Oktyabr 2020, 13:07 Biz Şuşanı da dezinfeksiya etməyə hazırıq - FOTO   24 Oktyabr 2020, 13:00