Modern.az

Goranboydakı qəzada xəsarət alanların adları bilindi

Goranboydakı qəzada xəsarət alanların adları bilindi

Aktual

9 İyul 2017, 22:55

Goranboy rayonunda soğan daşıyan yük avtomobilinin maneəyə çırpılması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub. Modern.az "Report"a istinadən xəbər verir ki, axşam saatlarında Bakı-Qazax yolunun Goranboy rayonunun ərazisindən keçən hissəsində "Qazel" markalı yük maşınının maneyə çırpılması nəticəsində Gəncə şəhər sakini olan 1966-cı il təvəllüdlü sürücü Əliyev Qərib Qələndər oğlu və Anar adlı sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlardan Xəstəxanaya yerləşdirilən hər iki yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, qəza nəticəsində avtomobilin yük yerindəki soğanlar yola tökülüb və bir müddət avtomobilkərin hərəkətində çətinliklər yaranıb.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi