Arxiv
16 Noyabr 2009, 12:13 | ÖLKƏ
Elmi ad almaq yarışı

“Elmin tərəqqisi alimlərin əsərləri  və onların kəşflərinin dəyəri ilə təyin olunur” deyən L.Pasterin fikirlərini bizim məmləkətə də şamil etmək olar. Əgər bu şərtlərlə yanaşsaq ,Azərbaycanda elmin tərəqqisindən danışmağa  dəyməz. Hər il elm sahəsinə milyonlarla manat sərf olunsa da,  heç bir elmin nailiyyətin şahidi olmuruq.  Düzdür, hər il elmi dərəcə alanların sayı artır, ancaq elmin ölçüldüyü meyar görünmür.

Əslində alimlərdən gözlədiyimizi ucqar bir kəndin sakinindən görürük. Alimlər bu neçə ildə yanacaq enerjisi olmadan bir təkər belə tərpətmədiyi halda, ucqar bir kəndin Məmmədqulu adlı sakini yanacaqsız maşın tərpədir. Bunu görəndə təbii olaraq bir sual yaranır. Bu necə olur?

Elə bu suala cavab tapmaq üçün bir müəllimin dissertasiya müdafiəsində iştirak etdim. Deyəsən, gələn qonaqlar içərisində tək mən narahat idim. Hamı gül-çiçəklə, təbrik dolu nitqlərlə gəlmişdi. Müdafiənin nəticəsi blinmədən hamı səbəbkarı təbrik edirdi. Müdafiə başladı. Əvvəl elmi rəhbər, sonra da müdafiəçi çıxış etdi. Diqqət çəkən məqamlardan biri elmi işin yarısının Sovet təcrübəsinə dayanması idi. Müdafiə tərəfi problemin həlli üçün heç bir təklif vermədi. Tənqidçilərin suallarına isə müdafiəçi əvvəlcədən hazırlanmış və kompüterdə yığılıb, çap olunmuş vərəqdən cavablandırdı. Müdafiənin kulminasiya nöqtəsi Elmi Şuradan bir qadın nümayəndənin kürsüyə çıxıb “mən qadın həmrəyliyi nümayiş etdirib müdafiəçinin tərəfini saxlayıram” deməsi oldu. Elmi müdafiədə qadın həmrəyliyinə nə ehtiyac var?

Sonda qapalı otaqda səsvermə keçirildi. Müdafiə yüksək qiymətləndirilib , alqış və hədiyyələrlə yekunlaşdı. Elmi Şuranın üzvlərindən birini kənara çəkib soruşdum ki, indi bunun axırı necə olacaq? O, gülümsəyərək cavabında “bir axşam da qonaqlıq veriləcək, bununla da təzə elmlər namizədimiz  olacaq” dedi.

Elə bu soraqla okeanın o tayına məktub göndərdim. Öyrənmək istədim ki, görəsən onlarda elmi adlar necə alınır? Müdafiə zamanı qadın və kişi həmrəyliyi rol oynayırmı?

ABŞ-ın Memfis Universitetinin doktorantı Fariz Hüseynov  təcrübəsini bölüşür. Fariz deyir ki, Memfis Universitetinə hər il 30-50 nəfər elmi iş almaq üçün müraciət edir. Bunlardan ancaq 3-5 nəfər seçilir. Onun yazdıqlarını oxuduqca ABŞ-la bizim aramızda okean boyda fərqin olduğunu anladım.

Ancaq etiraf etmək lazımdır ki, dünya elminə tövhə verən azərbaycanlı alimlər də var. Burada  Lütfi-Zadə, Rafiq Əliyev, rəhmətlik Azad Mirzəcanzadənin adları çəkilir. Ancaq bu şəxslər Azərbaycanda nə dərəcədə tanınır, bax bunu demək çətindir.

Rafiq müəllim hələ də AMEA-nın müxbir üzvüdür. Bundan narazı olduğumuzu biləndə, dedi ki, elmin vətəni yoxdur. Elm üçün hansısa bir ad daşımaq da vacib deyil. Hələ də narahat olduğumuzu görüb bunun necə baş verdiyini açıqladı. “Bir gün AMEA-da həqiqi üzv seçmək üçün toplaşmışdılar. Hamı deyirdi ki, həqiqi üzvlüyə mən seçiləcəm. Seçimdə mənə səs vermək üçün xarici ölkədən bura gələn alimlər də var idi. Ancaq onların gözlədiyi kimi olmadı. Həmin iclasda iştirak etməyən bir şəxs AMEA-nın həqiqi üzvü seçildi”.

Rafiq Əliyev etiraf etməsə də, bu hadisədən təsirləndiyi açıq-aşkar görünürdü. Düzdür, onun bu ada heç ehtiyacı yoxdur. Onu təsirləndirən həmvətənlərinin ona qarşı ədalətsiz davranışıdır. Biz bu cür alimlərin  təcrübəsindən öyrənmək əvəzinə, onları özümüzdən küskün salırıq. Bu da bizi hər zaman geri addım atmağa məcbur edir.

Azərbaycanda elmi dərəcə almaq hər bir ali təhsilli üçün əlçatan olub. Burada yalnız istək rol oynayır. Elmi dərəcə alanlar isə elmə heç bir yenilik gətirmir. Sadəcə adlarının qarşısında “elmlər doktoru”,” professor” sözləri yazılır. Bu, əksər hallarda belə olur. Ancaq xarici təcrübədə qiymətləndirmə başqadır. İlkin mərhələdə elmi işin yetərli olması müzakirə olunur. Onun elmə verdiyi yenilik aydınlaşır. Yalnız bu halda elmi işin müdafiəsi uğurlu olur. Namizədlər elmi işlərinin bir neçə dəfə təqdimatını keçirir. Mövzuya aid olan konfranslarda onlar da müdafiə işlərini təqdim edir. Əsas tələb kimi elmə verilən yenilik müzakirə olunur. Tənqidlər və təkliflər səslənir. Elmi jurnallarda rektorun tərifi yox, mövzunun  məqaləsi verilir. Məqaləyə gələn rəylər əsasında bu işin nə dərəcədə uğurlu olması  aydınlaşır. Rəylər tanışlıq əsasında yox, peşəkarlıq tələbi ilə verilir. Bu cür təcrübənin Azərbaycanda tətbiqi elmin inkşafına təkan verər. Hər kəs bunun ciddiyyətini mənimsəyər. Rüşvət və tanışlıq əsasında elmi dərəcə alıb savadsız nəsil yetişdirmək heç kimə sərf etmir. Elmin qəbul etmədiyi rüşvət gərək onun qapısına ayaq açmasın. Bu, hamımız  üçün utancverici bir  hadisədir. Xarici mətbuatın ölkəmiz haqqında verdiyi məlumatda elmin rüşvət girdabında olduğu göstərilir. Müəllif buna ironiya etməyi də unutmur. Beləliklə, beyinlilərimiz köçür... Yerdə qalanlar isə yenə öz “yerlərindədir”. 

Sevinc Vaqifqızı

BDU-nun jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saakaşvilinin iqamətgahını auksionda satdılar 14 Dekabr 2019, 00:54 Bu il 75 KİV əməkdaşı öldürülüb 14 Dekabr 2019, 00:39 Trampın impiçmentinin 2 maddəsi təsdiqləndi 14 Dekabr 2019, 00:20 Leyla Əliyeva “Study UK Alumni Awards 2019”un qaliblərinin mükafatlandırılmasında - FOTO 14 Dekabr 2019, 00:03 Reyhan Camalovadan daha bir uğur 13 Dekabr 2019, 23:44 Bakıda Finlandiyanın milli bayramı qeyd olundu 13 Dekabr 2019, 23:24 Azərbaycan nefti bahalaşdı 13 Dekabr 2019, 23:08 İsa Qəmbərin oğlu deputatlığa namizədliyi irəli sürdü - FOTO 13 Dekabr 2019, 22:53 TBMM-dən ABŞ Senatının “erməni soyqırımı” qərarına etiraz 13 Dekabr 2019, 22:36 İlyas İsmayılov bağışlamadı: “Mənə desəydi, oğluma xəbərdarlıq edərdim” 13 Dekabr 2019, 22:17 Rusiyada İŞİD üzvləri yaxalandı 13 Dekabr 2019, 22:01 Dilarə Seyidzadə region gəncləri ilə görüşdü - FOTO 13 Dekabr 2019, 21:47 Baş nazir ölkəsini Breksitə hazır olmağa çağırıb 13 Dekabr 2019, 21:33 Prezident İlham Əliyev Boris Consonu təbrik edib 13 Dekabr 2019, 21:18 Türkiyə millisi Azərbaycanla oynayacaq 13 Dekabr 2019, 21:02 170 mindən çox ev işıqsız qaldı - SƏBƏB 13 Dekabr 2019, 20:46 Milliyə yeni baş məşqçi gətirilir - İDDİA 13 Dekabr 2019, 20:32  Gürcüstanın Azərbaycana 6,874 milyon dollar borcu var 13 Dekabr 2019, 20:18 Azərbaycanlı gənc xanım Harvardda təhsil alacaq - FOTO 13 Dekabr 2019, 20:03 Dörd ev və bir çayxanadan oğurluq edən şəxs tutulub 13 Dekabr 2019, 20:01 Ağstafada itkin düşən qızın Gəncəyə qaçırıldığı məlum olub 13 Dekabr 2019, 19:52 Rüstəm Orucov Çində bürünc medal qazandı 13 Dekabr 2019, 19:43 Güləşçimiz erməni rəqibini məğlub edib medal qazandı 13 Dekabr 2019, 19:34 Azərbaycan və Kolumbiya XİN başçıları arasında məktub mübadiləsi olub 13 Dekabr 2019, 19:25 Sədr müavini diplomatlara mühazirə deyib - FOTOLAR 13 Dekabr 2019, 19:16 Rektor qanvermə aksiyasında iştirak etdi - FOTO 13 Dekabr 2019, 19:11 “Ermənistanın Xarici İşlər naziri görüşlərə sanki çay içməyə gəlir” - XİN-dən AÇIQLAMA 13 Dekabr 2019, 19:02 Məhərrəm Quliyev problemlərin araşdırılması ilə bağlı tapşırıqlar verdi - FOTO 13 Dekabr 2019, 18:56 İcra başçısı yeni binanın tikintisi ilə tanış olub - FOTO 13 Dekabr 2019, 18:47 Nazirlik məktəbdə baş verən yanğınla bağlı məlumat yaydı - FOTO   13 Dekabr 2019, 18:40 Rəsmi İrəvanın açıqlamasına Qarabağ İcmasından cavab: Diplomatiyamızın uğurlarını etiraf edirlər 13 Dekabr 2019, 18:36 Nazir müavini məcburi köçkün məktəblərinin direktorlarını topladı - FOTO 13 Dekabr 2019, 18:31 Nazirlik ilə BP Anlaşma Memorandumu imzalayıb 13 Dekabr 2019, 18:24 Əbülfəs Qarayev Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb 13 Dekabr 2019, 18:17 Azərbaycan Xarici İşlər Nazirliyi: “ABŞ Senatının qətnaməsi qərəzli sənəddir” 13 Dekabr 2019, 18:12