Modern.az

Deputat orqan transplantasiyası ilə bağlı məsələ qaldırdı

Deputat orqan transplantasiyası ilə bağlı məsələ qaldırdı

9 Fevral 2018, 12:34

“İnsan orqan və toxumalarının transplantasiyası haqqında” qanunda tibbi etika məsələləri ilə bağlı xüsusi müddəaların olması vacibdir. Qanunda beyin ölümü anlayışı ümumi şəkildə verilsə də, onu müəyyən edəcək ekspert həkimlər göstərilməyib, onun müəyyən edilməsi yolları verilməyib”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin təşkil etdiyi “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair dinləmələrdə komitənin sədr müavini Musa Quliyev deyib.

 

Deputat bildirib ki, insan orqan və toxumalarının transplantasiyası ilə bağlı reyesterin yaradılması vacibdir. “Milli koordinasiya mərkəzi yaradılmalıdır.

 

Bilək ki, harada və hansı klinikada bu orqan və toxumalar var və transplantasiyaya nə qədər adamın ehtiyacı var.

 

Yəni kimə, nə zaman orqanlar köçürülməlidir, müzakirə olunmalıdır. Qanunda müəyyən müddəalar yazıla bilər, amma cəmiyyət qəbul etməyəcəksə, bunun əhəmiyyəti olmayacaq.

 

Kimsəsiz şəxslər vəfat etdikdən sonra orqanlarının götürülməsi məsələsi müzakirə olunmalıdır. Vacib məsələlərdən biri də konfidensiallığın qorunmasıdır. Bəzi insanlar istəmir ki, bu, açıqlansın.

 

Bəzən olur ki, hansısa insan orqanını kiməsə verir, sonra həmin insanın orqanlarında problemlər yaranırsa, ona müəyyən güzəştlər tanınmalıdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır