“Qızıl qələm”in “şirinliyi” 200 AZN-ə düşüb: onu bu il xeyli mətbuat katibinə veriblər

“Qızıl qələm”in “şirinliyi” 200 AZN-ə düşüb: onu bu il xeyli mətbuat katibinə veriblər

21 İyul 2011, 11:31

Bu barədə Modern.az saytına Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqının (KİVHİ) nümayəndəsi Natiq İsmayılov məlumat verib. O, qeyd edib ki, sovet dönəmində bu mükafatın şirinliyi 1500-2000 ABŞ dolları olub.

“İndi sədrimiz Oqtay Salamzadənin 81 yaşı var. O, belə məsləhət görüb. Oqtay müəllim əməliyyatdan yeni çıxıb. Biz bu mükafatdan aldığımız şirinliyi ona xərcləyirik. Özümüzə beş-on manat qalır”.

N.İsmayılov bildirib ki, bu il “Qızıl qələm” mükafatı ilk olaraq Səhiyyə Nazirliyinin mətbuat katibi Anar Qədirliyə verilib: “Onun təmsil etdiyi nazirlik korrupsiyaya qarşı mübarizədə fəallıq göstərib. Ötən gün bu mükafatı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Səfərova da təqdim etdik. Eyni zamanda builki mətbuat günü ərəfəsində “Qızıl qələm” mükafatını  Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya, Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevaya da vermişik”.
N.İsmayılovun sözlərinə görə, bu gün Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyevə də “Qızıl qələm” mükafatınını təqdim edəcəklər. Müsahibimiz deyib ki, onlar
Dövlət Neft Şirkətinin və Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbərlərinə də “Qızıl qələm” mükafatı verməyi qərara alıblar.
“Amma onlarla əlaqə saxlaya bilmirik ki, onlara da “Qızıl qələm”i təqdim edək”.  

Natiq İsmayılov “Qızıl qələm”dən başqa digər mükafatlar da təsis etdiklərini bildirib: “Ancaq bunların şirniliyi “Qızıl qələm”lə müqayisədə xeyli aşağıdır. Bilirsiniz, indi elə qəzetlər var ki, özlərindən mükafat təsis edirlər və bunu 15-20 manata satırlar. Biz buna qarşıyıq. Mükafatı satmırıq, sadəcə olaraq şirnilik alırıq”.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna Rusiya aerodromlarını vurdu