Modern.az

Belarus prezidentinin Nobel mükafatına namizədliyi irəli sürülür

Belarus prezidentinin Nobel mükafatına namizədliyi irəli sürülür

1 Avqust 2011, 17:10

Belarus həmkarlar təşkilatı Aleksandr Lukaşenkonun Nobel mükafatına namizədliyini irəli sürüb. Modern.az  “Belaruski ças” qəzetinə istinadən bildirir ki, Həmkarlar Federasiyasının rəhbəri Leonid Kozik bu barədə müsahibəsində bildirib. Onun sözlərinə görə, Belarus prezidenti “sosial təmayüllü dövlətin qurulmasında” verdiyi töhfələrə görə bu mükafatı almalıdır.

Onun fikrincə, Lukaşenko tərəfindən “sosial təmayüllü dövlət” ideyası dünya miqyaslı ideyadır və cəmiyyətin, dövlətin inkişaf nəzəriyyəsində yeni sözdür.  

Bu təklif bir sıra müşahidəçilər tərəfindən istehza və sarkazmla qarşılanıb. İqtisadi təhlilçilərin fikirncə Belarusda sosial vəziyətin ağırlığı göz önündədir və cəmiyyətin buna etiraz edəcəyi gün uzaqda deyil.
Aleksandr Lukaşenko Qərbdə “Avropanın sonuncu diktatoru” adı ilə tanınır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir