Modern.az

Məşhurların övladları: Ədliyyə naziri Fikrət Məmmədovun vəkil oğlu - FOTO  

Məşhurların övladları: Ədliyyə naziri Fikrət Məmmədovun vəkil oğlu - FOTO   

Mədəni̇yyət

13 May 2018, 16:09

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə... 

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...

Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...

Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir. 

Budəfəki təqdimatımız Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun oğlu Fariz Məmmədov barəsindədir.


63 yaşlı Fikrət Məmmədov bu yaxınlarda – aprel ayında nazir işləməyinin 18 ilini tamamladı.


Fikrət Məmmədov 1955-ci ildə Bakı şəhərində anadan olub. 1977-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1989-cu ildə Bakı Ali Partiya Məktəbini bitirib. Əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi kimi başlayıb, Bakı şəhər prokurorluğunda şöbə prokuroru, respublika prokurorluğunda böyük prokuror və Təşkilat-nəzarət şöbəsinin rəisi vəzifələrində işləyib, həmin vəzifədən Azərbaycan KP MK İnzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı vəzifəsinə keçirilib. Sonralar Baş prokurorluğun Hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru, 1994-2000-ci illərdə Baş prokurorun müavini olub.

Fikrət Məmmədov 2000-ci ilin aprel ayından Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib. O, 2005-ci ilin fevral ayında həm də Məhkəmə-Hüquq Şurasının sədri seçilib. 2005-ci ildən Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvüdür.

Azərbaycan Respublikası ədliyyə orqanlarının inkişafında xidmətlərinə görə 2005-ci ildə "Şöhrət" ordeni, 2015-ci ildə "Prezidentin fəxri diplomu" ilə təltif edilib, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi üzrə səmərəli fəaliyyətinə və Məhkəmə-Hüquq Şurasının işinə əhəmiyyətli töhfəsinə görə 2008-ci ildə “Əməkdar hüquqşünas” fəxri adına layiq görülüb. I dərəcəli dövlət ədliyyə müşaviridir. İngilis dilində sərbəst danışır.




Fariz Məmmədov nazirin 4 övladından biridir.


O, hazırda Bakıdakı 12 saylı Hüquq Məsləhətxanasının müdiri vəzifəsində çalışır.

Fariz Məmmədov həm də Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvüdür.


Fariz Məmmədov 1998-2002-ci illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq (bakalavr) ixtisası üzrə təhsil alıb. 2003-2005-ci illərdə  Bakı Dövlət Universitetində mülki hüquq üzrə magistr dərəcəsi alıb.
Daha sonra ali təhsilini xaricdə davam etdirib. 2005-ci ildə Sorbonn Universitetində (Fransa) hüquqşünaslıq (magistr) təhsili alıb.

Fariz Məmmədovun ixtisaslaşdığı hüquq sahələri bunlardır: əmlak və əşya hüququ; müqavilələr hüququ; maliyyə hüququ; korporativ hüquq.

O, 12 ildir vəkillik fəaliyyəti ilə məşğuldur.

Bildiyi xarici dillər: ingilis, rus, fransız. 


A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir