Modern.az

Paytaxtda ağacları kəsən 2 min manat cərimələndi

Paytaxtda ağacları kəsən 2 min manat cərimələndi

2 İyul 2018, 11:09

Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunması yoxlamaq məqsədilə reyd keçirilib.

 

Bu haqda Modern.az-a nazirlikdən məlumat verilib.

 

Reyd zamanı Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 32 ünvanında diametri 4-8 sm olan 2 Aylant və diametri 10 sm olan 1 söyüd ağacının kəsildiyi aşkar edilib.

 

Araşdırma zamanı ağacları Bakı şəhər sakini Orduxan Bəylərov tərəfindən kəsildiyi  və təbiətə 900 manat məbləğində ziyan dəydiyi məlum olub.

 

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 2000 manat məbləğində cərimə olunub.

 

Eyni zamanda Suraxanı rayonu, A-B yaşayış massivində ağac köçürülməsi faktı aşkar edilib. Araşdırma zamanı Eldar şamı ağacının Bakı şəhər sakini Sənan Rəhimov tərəfindən Dövlət Ekspertiza İdarəsinin müvafiq rəyi olmadan qanunsuz köçürüldüyü və təbiətə 900 manat məbləğində ziyan dəydiyi məlum olub.

 

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, İnzibati xətalar Məcəlləsinə əsasən 3000 manat məbləğində cərimə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi