Arxiv
16 Avqust 2018, 21:07 | AKTUAL
Müəllimlərə XƏBƏRDARLIQ: İmtina ərizəsi yazmayanlar bu hüququnu itirəcək

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə vakant yerlərdə yerləşdirilən, lakin sonradan orada işləmək istəməyən və buna görə imtina ərizəsi yazmayan şəxslər növbəti yerləşdirmədə iştirak hüququnu itirmiş olacaqlar. Modern.az “Trend”ə istinadən xəbər verir ki, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib.

 

Onun sözlərinə görə, müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya mərhələsində iştirak edərək vakant yerləri tutan və müsahibə mərhələsində işə qəbuluna razılıq verilən namizədlər həmin yerlərdə işləmək istəmədikləri zaman imtina ərizəsi yazmalıdırlar:

 

“Belə namizədlərlə bağlı müəyyən bir müddət var. Həmin şəxslərdən xahiş edirik ki, düşdükləri vakansiyada işləmək istəməyəcəkləri təqdirdə avqustun 28-dək İnsan Resursları Mərkəzinə gələrək imtina ərizəsini yazsınlar. Bununla da biz bilək ki, hansı namizəd düşdüyü yerdən imtina edir. Vakansiyanı tutan, lakin həmin yerdə işləmək istəməyən şəxslər növbəti yerləşdirmədə iştirak hüququnu itirmiş olacaqlar. Bu addım sanksiya xarakterli deyil və cəzalandırma da hesab oluna bilməz. Sadəcə olaraq, məsələnin texniki tərəfi də var. Bu da ondan ibarətdir ki, vakant yerlərə yerləşdirilmiş şəxslər mərkəz tərəfindən işə qəbul olunmuş hesab edilirlər. Ona görə də onlar növbəti yerləşdirmədə iştirak etməyəcəklər. Bu səbəbdən müəllimlər bu məqamı xüsusi diqqətdə saxlasınlar”.

 

Qeyd edək ki, namizədlər test mərhələsinin nəticələri əsas tutulmaqla proqram təminatı tərəfindən elektron yerləşdirmədə iştirak ediblər. Bu mərhələni uğurla keçən 4337 namizəd müsabiqənin yekun – müsahibə mərhələsinə buraxılıb.

 

Avqustun 13-dən başlayan müsahibə mərhələsi avqustun 18-dək davam edəcək. Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq. Həmçinin müsahibə zamanı namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakı və Yerevan Vaşinqton görüşünə hansı gündəliklə gedir? – Rusiyalı ekspertin ŞƏRHİ 20 İyun 2019, 11:10 Bakı Ali Neft Məktəbinin startapı 2-ci oldu 20 İyun 2019, 11:07 Qərbi Kaspi Universiteti Daşkənd Dövlət İqtisad Universiteti ilə əməkdaşlığa başlayır 20 İyun 2019, 11:05 Ağcabədidə ölmüş heyvan cəmdəyini satmaq istədilər... 20 İyun 2019, 10:59 Məmur olmaq istəyənlər imtahana çəkilir 20 İyun 2019, 10:51 Qubanın ucqar kəndində  dərs deyən müəllim - VİDEO 20 İyun 2019, 10:47 İyunda 11 nəfəri ilan sancıb 20 İyun 2019, 10:37 Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı saxlanıldı 20 İyun 2019, 10:30 Deputat Rüstəm Xəlilov seçicilərin problemlərini dinlədi 20 İyun 2019, 10:26 Bakıda mövsümi meyvələrin qiyməti “od tutub yanır” - Rusiyaya aparılır... 20 İyun 2019, 10:20 Novruz Məmmədov xidməti heyətin maaşlarını artırdı 20 İyun 2019, 10:01 Sabahdan II Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək 82 idmançı kimlərdir? - SİYAHI 20 İyun 2019, 10:00 Partiyaların bağlanması haqda məlumatlar dövlət reyestrinə daxil ediləcək - QƏRAR 20 İyun 2019, 09:58 UNEC-də dövlət müəssisələrinin korporativ idarə edilməsinin əsas istiqamətləri müzakirə olundu 20 İyun 2019, 09:50 Polisin axtardığı qız tapıldı - “70 yaşlı kişiyə ərə verirdilər, evdən qaçdım” - VİDEO 20 İyun 2019, 09:49 “Münaqişədən daha çox ziyan görən erməni icmasıdır” – Gəncəliyevdən BƏYANAT 20 İyun 2019, 09:48 Uşaqlarda nitq PROBLEMİ – daha çox oğlanlarda olur… 20 İyun 2019, 09:44 Baş nazir qurumların siyahısında dəyişiklik etdi 20 İyun 2019, 09:36 Ermənilər iriçaplı silahlarla mövqelərimizi atəşə tutdu 20 İyun 2019, 09:34 İran ABŞ-ın pilotsuz aparatını vurdu 20 İyun 2019, 09:04 ABŞ Dövlət katibinin müavini Qarabağ münaqişəsi barədə məlumatlandırıldı 20 İyun 2019, 08:19 Məmmədyarov həmsədrlərlə görüşdü 20 İyun 2019, 08:13 Adını “Forbes” jurnalında görmək istəyən sumqayıtlı məktəbli 20 İyun 2019, 08:09 Toğrul Əsgərov millinin heyətindən kənarlaşdırıldı 20 İyun 2019, 00:54 ABŞ-dan Rusiyaya qarşı yeni sanksiya 20 İyun 2019, 00:42 Mingəçevir su anbarı yaxınlığındakı yanğın söndürüldü - Yenilənib 20 İyun 2019, 00:17 “Böyük inflyasiya təzyiqləri görmürük” - Samir Şərifov 20 İyun 2019, 00:01 Azərbaycan nefti bahalaşdı 19 İyun 2019, 23:45 Bakıda yeniyetmə bədbəxt hadisənin qurbanı oldu 19 İyun 2019, 23:31 Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlara baş çəkdi -  FOTO 19 İyun 2019, 23:17 Bolqarıstan parlamentinin sədri Bakıda 19 İyun 2019, 23:00 FED uçot dərəcəsi ilə bağlı qərarını açıqladı 19 İyun 2019, 22:46 Fuad Abbasov aclığı dayandırdı 19 İyun 2019, 22:29 Belqradda Nəsiminin 650 illiyinə həsr olunan elmi simpozium 19 İyun 2019, 22:13 İstidən 92 nəfər öldü 19 İyun 2019, 21:56