Modern.az

Professor vəfat etdi

Professor vəfat etdi

Allah rəhmət eləsi̇n

23 Avqust 2018, 14:12

Azərbaycan Milli Elmlər Akademiyasının alimi, professor Zaman Əsgərli dünən 65 yaşında infarktdan dünyasını dəyişib.

Modern.az-ın məlumatına görə, Z.Əsgərli 1953-cü il yanvar ayının 17-də Salyan rayonunun Kərimbəyli kəndində anadan olub. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil alıb(1970-1974). Salyan rayonundakı Qaraçala qəsəbə orta məktəbində müəllim işləyib.

 

Mərhum alim AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirib (1976-1979). "N.Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsi və onun Azərbaycan ədəbi-ictimai fikrində mövqeyi" mövzusunda namizədlik (1980), "Azərbaycan faciəsinin poetikası" mövzusunda doktorluq dissertasiyası müdafiə edib (1992). Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi olub. (1979-2002).

 

2003-cü ildən orada baş elmi işçi vəzifəsində çalışıb. Eyni zamanda ali və orta ümumtəhsil məktəblərində müəllim, professor, kafedra müdiri, "Vətənpərvər" və "Azərbaycan müəllimi" qəzetləri redaksiyalarında redaktor, şöbə müdiri, ədəbi işçi vəzifələrində işləyib.

Şair Fikrət Sadığın "Dəniz küçəmizə gəlir" kitabı haqqında yazdığı ilk məqaləsi 1968-ci ildə hələ orta məktəbdə oxuyarkən "İşıq" qəzetində çap olunub.

 

Alimin 3-7 mərasimi 24 avqust saat 13:00-da Təzə Pir məscidində keçiriləcək.

 

 Allah rəhmət eləsin!

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir