Modern.az

Lütfi Zadənin anım günü yalnızlığı - FOTOLAR  

Lütfi Zadənin anım günü yalnızlığı - FOTOLAR  

6 Sentyabr 2018, 17:56

Bu gün dünyanın ən böyük alimlərindən olan, bəşəriyyətin elmə baxışında inqilab edən  professor Lütfi Zadənin anım günüdür. O, ötən ilin bu günündə ABŞ-ın Kaliforniya ştatında dünyasını dəyişdi.  2017-ci il 6 sentabrda 96 yaşında vəfat edən böyük alim ölümündən bir müddət əvvəl doğulduğu Bakı şəhərində dəfn olunmasını vəsiyyət etmişdi. 

Xatırladaq ki, bu addım Azərbaycanın elmi imicinə çox böyük fayda verəcək. Çünki Zadənin banisi olduğu qeyri-səlis məntiq nəzəriyyəsi getdikcə bütün dünyanı hörümçək toru kimi özünə ram edir. Artıq bütün sahələrdə bu məntiq tətbiq olunmaqdadır. Tibdən tutmuş iqtisadiyyata, sənayedən kimyaya qədər və .s. –hər yerdə qeyri-səlis məntiq nəzəriyyəsi dominantdır. Soft-komutinq və İT-dən isə danışmağa dəyməz. Süni intellekt artıq orada mütləq hakimdir. Məhz buna görə, gələcəkdə elm xadimləri, elm və texniologiya vurğunları Zadənin məzarını ziyarət edəcək, böyük alimin uyuduğu torpağa baş çəkəcəklər.

 

Lakin təəssüf ki, bu gün – Zadənin ölümünün ilk ildönümündə onun abidəsi yenicə hazır olan məzarını ziyarət edənlər o qədər də çox olmayıb. 

AzEdu.az-ın bu gün -anım günündə - çəkdiyi fotolardan bunu aydın görmək olar: 

Xatırladaq ki, modern dünya elminin inqilabçısı sayılan Lütfi Rəhim oğlu Ələsgərzadə 1921-ci il fevralın 4-də Bakı şəhərində anadan olub. 


Lütfi ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. Lakin 1932-ci ildə rejimim güney azərbaycanlılarla bağlı qəbul etdiyi qərara görə, onlar iki yoldan birini seçməli idilər: ya bu tayda qalıb buranın vətəndaşlığını qəbul etməli, ya da ölkəni dərhal tərk edib getməli idilər. Ələsgərzadələr ailəsi İrana geri qayıtmaq qərarına gəlir. Bir çoxları, xüsusilə də yaxın qohumları bu addımın gələcəkdə Lütfi Zadə fenomeninin formalaşmasında böyük rolu olduğunu qeyd edirlər. Çünki o illərdə SSRİ-də kibernetika, informatika  kimi elmlərə qarşı mənfi münasibət var idi və çətin ki, belə mühitdə Lütfi Zadə öz elmi ilə irəli gedə bilərdi.


Beləcə, o, 10 yaşında ikən ailəsi ilə birlikdə Bakını tərk edir. Balaca Lütfi o vaxt Bakıda rusdilli məktəbin üçüncü sinfini bitirmişdi. Maraqlısı budur ki, Bakıda üç sinif oxuyana qədər dünya ədəbiyyatının, xüsusən də rus ədəbiyyatının tanınmış yazarlarının hamısının əsərlərini mütaliə etmişdi. Tehrana köçdükdən sonra təhsilini amerikalıların Albors missioner məktəbində davam etdirib. Bu məktəbdə ilk dəfə olaraq Amerika elmi və mədəniyyəti haqqında məlumat əldə edib. Orada elmin inkişafı üçün yaradılan şərait onu hələ məktəb illərindən Amerikaya çəkib.


Süni-intellekt nəzəriyyəsinin banisi sayılan Lütfi Zadə hazırda Kaliforniyada yaşayır və orada Berkli Universitetinin ömürlük professoru seçilib.

 

Foto: İsmət Paşa

 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi