“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində mətbuat katibi vəzifəsi təsis olunub.
Modern.az-ın məlumatına görə, ASC-nin ilk mətbuat katibi vəzifəsinə jurnalist Dilqəm Şərifov təyin edilib.
Xatırladaq ki, D.Şərifov 2005-2018-ci illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətində redaktor, böyük redaktor və aparıcı vəzifələrində çalışıb.