Modern.az

Bakıdakı ağır qəzada ölənlərin ailəsinə 5 min manat təzminat ödənməlidir, yaralılara isə...  

Bakıdakı ağır qəzada ölənlərin ailəsinə 5 min manat təzminat ödənməlidir, yaralılara isə...   

Ölkə

3 Oktyabr 2018, 18:17

“Qanuna görə Binə qəsəbəsində ağır qızaya səbəb olan 160 saylı avtobusun icbari sığorta müqaviləsini bağlayan şirkət həlak olan sərnişinlərə 5000 manat təzminat ödəməlidir!”.

 

Bu sözləri Modern.az-a açıqlamasında sığorta bazarı üzrə tanınmış ekspert Xəyal Məmmədxanlı deyib.

 

O bildirib ki, hər bir halda avtobusun icbari sığorta müqaviləsini bağlayan şirkət həlak olanlara təzminat ödəməlidir:

“Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülkü məsuliyyətinin icbari sığortası var. Bu sığorta hər kəs üçün məcburidir. Mən əminəm ki, bu avtobusun da icbari sığortası var. Hal-hazırda proses başlayır, yəqin ki, təzminatı ödəyərlər. Ümumiyyətlə, icbari sığortalar haqqında qanunun 54-cü maddəsində 3-cü şəxlər anlayışı var. Sürücünün özündən və ailə üzvlərindən başqa nəqliyyat vasitəsində olan sərnişinlər 3-cü şəxs hesab olunur. Bu o deməkdir ki, maşında hər hansı bir qəza olarsa, sürücünün özü və onun ailə üzvlərindən başqa kimsə xəsarət alarsa nəqliyyat vasitəsində olan hər kəsə ödəniş verilməlidir”.

 

X.Məmmədxanlı deyib ki, ödənişin məbləği həlak olanlara adambaşına 5000 manat və bir avtomobil üçün isə 50000 manatdır:

“Yəni tutaq ki, Allah uzaq eləsin, həmin avtobusda 10 nəfər həlak olsaydı hər birinə 5000 manatdan ödəyəcəkdilər, ümumi 50000 manat. Əgər avtobusda 25 nəfər nəfər həlak olsaydı,  hərəsinə 2000 manat ödənəcəkdi. Ödəniş ümumi 50000 manatı ötməmək şərti ilə ola bilər. Yəni bir hadisəyə görə maksimum 50000 manat ödənilə bilər”.

 

Ekspertin sözlərinə görə, yalnız həlak olanlara görə deyil, xəsarət alanlara görə də ödəniş var:

“Qəzadan sonra 3 il ərzində şəxsə 1-ci qrup əlillik dərəcəsi təyin olunsa, sığorta məbləğinin 80 faizi (yəni 4000 manat), 2-ci qrup əlillik təyin olunursa, sığorta məbləğinin 60 faizi həcmində (yəni 3000 manat), 3-cü qrup əlillik dərəcəsi təyin olunursa, sığorta məbləğinin 40 faizi həcmində (yəni 2000 manat) ödəniş ödənilir. Əgər əlillik təyin edilmədən vətəndaş ağır xəsarət alırsa, sığorta məbləğinin 30 faizi həcmində (yəni 1500 manat), yüngül xəsarət alarsa, 5 faizi həcmində (yəni 250 manat)  sığorta ödənişi həyata keçirilməlidir”.

 


X.Məmmədxanlının sözlərinə görə, sürücünün sürücülük vəsiqəsinin olmasa, o, nəqliyat vasitəsini narkotik maddə qəbul edib sürsə, sərxoş olsa belə sığorta məbləği ödənməlidir:

“Əgər müəyyən olunsa ki, sürücü alkoqollu içki, psixotrop maddə və yaxud narkotik maddə qəbul edərək qəzanı törədib, sığorta şirkəti vətəndaşlara pulu ödədikdən sonra avtobusun sürücüsündən həmin məbləği tələb etmək hüququna malikdir. Məhkəməyə verib, ödədiyi pulu avtobusun sürücüsündən geri alacaq. Amma əgər o, heç bir içki qəbul etməyibsə və sadəcə qəza ehtiyatsızlıq ucbatından olubsa, hər şey qaydasındadırsa, sığorta şirkəti ödənişi ödəcəyəcək və sürücüdən heç bir subraqasiya qaydası ilə məbləği tələb edə bilməyəcək”.

 

X.Məmmədxanlı deyib ki, hətta avtobusun sığorta müqaviləsi olmasa belə, həmin ödənişləri İcbari Sığorta Bürosu kompensasiya şəklində ödəməlidir.

 

Qeyd edək ki, oktyabrın 1-də saat 14 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əlixan Şirəliyev idarə etdiyi “Daewoo” markalı 160 saylı xətt avtobusunu qorunan keçiddə hərəkətdə olan elektrovoza vurub. 

 

Nəticədə sürücü və 42 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Şakir Əliyev və 13 yaşlı məktəbli, ailənin tək övladı Yusif Dadaşzadə orada ölüblər. Xəsarət alanlardan 5-i azyaşlıdır.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir