Arxiv
21 Oktyabr 2011, 10:18 | MEDİA
“Xural” qəzeti ilə bağlı rəsmi məlumat yayıldı

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına daxil olan məlumatda bildirilir ki, respublikada hərtərəfli islahatlar, o cümlədən söz və mətbuat azadlığının, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin təmin edilməsi üzrə genişmiqyaslı tədbirlər həyata keçirilir: “Yaradılmış əlverişli şərait nəticəsində hazırda ölkədə 4520 mətbu nəşr qeydə alınıb. Lakin yaranmış bu cür geniş imkanlardan bəzi mətbuat orqanları sui-istifadə edərək, böhtanlara, təhqirlərə və əsassız ittihamlara yer verirlər. Jurnalistlərin Peşə Davranışı Qaydalarını mütəmadi pozduqlarına, tənqid obyektlərinin fikirlərinin dərcinə önəm vermədiklərinə, şəxsi həyatın toxunulmazlığı prinsipinə laqeyd yanaşdıqlarına, səhifələrində insanların şərəf və ləyaqətini aşağılatdıqlarına görə Azərbaycan Mətbuat Şurası tərəfindən onlarla mətbu nəşr "qara siyahı"ya düşür.

Belə nəşrlərdən biri olan "Xural" qəzeti də jurnalist peşəsi ilə bir araya sığmayan cılız hərəkətlərə, həqiqətə söykənməyən yazılara, qərəz və təhqirlərə görə "qara siyahı"ya salınıb və Mətbuat Şurasının məlumatına əsasən onunla bağlı mütəmadi şikayətlər daxil olub.

Təkcə son 3 il ərzində dövlət və ictimai xadimlərin, mədəniyyət nümayəndələrinin və digər şəxslərin fəaliyyətinə kölgə salmağa, cəmiyyətdəki yeri və rolunu, eləcə də şərəf və ləyaqətini alçaltmağa yönəlmiş qanunazidd hərəkətlərinə görə "Xural" qəzeti barədə məhkəmələrdə iddialar qaldırılıb, baxılan altı iş üzrə qərar çıxarılaraq, qanunvericiliyə əsasən mülki, inzibati və cinayət məsuliyyətinə cəlb olunub.

Son zamanlar "Xural qəzeti"nə qarşı çıxarılmış məhkəmə qərarlarından 3-ü - Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin, Azərbaycan Nəşriyyatının direktoru, "Bakinskiy Raboçiy" qəzetinin baş redaktoru Ağabəy Əsgərovun və müğənni Nüşabə Ələsgərlinin iddiaları ilə bağlı qərarlar icraya yönəldilib, bütün görülmüş tədbirlərə baxmayaraq mətbu orqan bu günədək icradan boyun qaçırıb. Bununla əlaqədar icra məmurları tərəfindən qanunvericiliyə əsasən bu mətbu nəşrin əmlakı siyahıya alınıb.

"Xural" qəzeti qanunsuz əməllərinə haqq qazandırmaq məqsədilə oktyabrın 19-da keçirdiyi mətbuat konfransında sensassiya xatirinə icra məmurlarının qanuni hərəkətlərini uydurma əsaslarla vəzifəli şəxslərin göstərişi kimi qələmə verməyə çalışıblar. 

Bununla da "Xural" qəzetinin heç bir reallığı əks etdirməyən bu cür böhtan xarakterli hərəkətləri məhkəmə qərarlarının icrasından yayınmaq istəyindən başqa bir şey deyil”.

Xatırladaq ki, “Xural” qəzetinin əmlakı oktyabrın 19-da Nərimanov Rayon məhkəmə icraçıları tərəfindən müsadirə olunub. 

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hüquq siyasəti və dövlət quruculuğu komitəsi iki layihəni müzakirəyə çıxarır 1 İyun 2020, 09:20 Nebraska ştatının qubernatoru 28 mayı Azərbaycan Günü elan etdi 1 İyun 2020, 09:05 Bərdədə ana və qızı GÜLLƏLƏNDİ -FOTO 1 İyun 2020, 09:00 Milli Məclisin yeni deputatı: “Azərbaycanı bugünkü gənclər idarə edəcək” - MÜSAHİBƏ 1 İyun 2020, 08:47 Ali məktəblərə imtahansız qəbul olmaq istəyənlərin nəzərinə - sənəd qəbulu başladı 1 İyun 2020, 08:46 Milli Məclis növbədənkənar iclas ÇAĞIRDI 1 İyun 2020, 08:22 Güləş Federasiyasının prezidenti vəfat etdi 1 İyun 2020, 00:57 16 yaşlı velosipedçi yol qəzasının qurbanı oldu 1 İyun 2020, 00:49 Deputatdan hökumətə ünvanlı sosial yardım çağırışı - VİDEO 1 İyun 2020, 00:40 Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu başlanılır 1 İyun 2020, 00:34 Mehriban Əliyeva uşaqları belə təbrik etdi - FOTO 1 İyun 2020, 00:23 Uşaqların Beynəlxalq Müdafiəsi günüdür 1 İyun 2020, 00:14 Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır 1 İyun 2020, 00:04 Bakıda naməlum şəxslər ər-arvadı döydülər 31 May 2020, 23:54 Rusiyadan ABŞ-a etiraz 31 May 2020, 23:46 Komendant saatının vaxtı uzadıldı 31 May 2020, 23:35 Tovuzda 25 yaşlı gənc intihar etdi 31 May 2020, 23:21 Bu şirkət 774 min avtomobili geri çağırır 31 May 2020, 23:03 Tramp G7 sammiti iştirakçılarının sayını artırır 31 May 2020, 22:47 Dünyanın ən böyük konteyner gəmisi Süveyş kanalından keçib 31 May 2020, 22:33 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA 31 May 2020, 22:16 Türkiyədə COVİD-19 qurbanlarının sayı 4 540 nəfərə çatıb 31 May 2020, 21:59 Ağstafada ağır qəza: 2 yaralı var 31 May 2020, 21:45 Kürdəmirdə üç otaqlı ev yanaraq külə döndü 31 May 2020, 21:36 Avropada rəqəmsal avro sınaqdan keçirildi 31 May 2020, 21:24 OPEC+ ölkələrinin nazirləri bu tarixdə görüşəcək 31 May 2020, 21:10 Türkiyə sabahdan bu qadağaları ləğv edir - Siyahı 31 May 2020, 20:58 "Crew Dragon"nun Yer ilə rabitə əlaqəsində nasazlıq yarandı 31 May 2020, 20:47 Fransalı futbolçudan ABŞ-dakı irqçiliyə etiraz - VİDEO 31 May 2020, 20:38 Pompeo öldürülən afroamerikalının ailəsinə başsağlığı verdi 31 May 2020, 20:34 Çin orbitə iki peyk buraxdı 31 May 2020, 20:28 Vaxtı keçmiş kreditlərin məbləği açıqlandı 31 May 2020, 20:25 Göygöldə “KamAZ”  qoyun sürüsünə çırpıldı 31 May 2020, 20:19 Misir ordusu Şimali Sinayda daha 19 terrorçunu məhv etdi 31 May 2020, 20:18 Xorvatiya 10 ölkənin vətəndaşları üçün sərhədlərini açdı   31 May 2020, 20:18