Modern.az

Dünya Gənclər Bankı Şəbəkəsi MDB ölkələri üzrə regional ofisi hesabat verdi

Dünya Gənclər Bankı Şəbəkəsi MDB ölkələri üzrə regional ofisi hesabat verdi

Təhsil

21 Oktyabr 2011, 14:17

Oktyabrın 21-də  Azərbaycanda BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOS) dəstəyi ilə fəaliyyət göstərən Dünya Gənclər Bankı Şəbəkəsi MDB ölkələri üzrə regional ofisinin fəaliyyətinin 30 gününə həsr olunmuş mətbuat konfransı keçirilib.

Mətbuat konfransında Türkiyə, İran və MDB ölkələri daxil olmaqla 14 ölkə üzrə fəaliyyət göstərən Dünya Gənclər Bankı Şəbəkəsinin regional ofisinin rəhbəri,  Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Vüsalə Hüseynli bildirib ki, DGBŞ-nin ofisinin Azərbaycanda fəaliyyəti də məhz müstəqilliyin verdiyi imkanlarla bağlıdır.

Sonra Bankın Əməliyyat direktoru Elxan Gazizadə 1 ay müddətində bankın regional ofisinin  gördüyü işlər və uğurları barədə ətraflı məlumat verib: “Bir ay çox az müddət olmasına baxmayaraq, biz bu müddət ərizndə Kiprin Lefke Avropa Universiteti, Estoniyanin Tartu universiteti və ABŞ-in bir neçə universitetləri ilə partnyor səviyyəsində əlaqələr qurmuşuq. Eyni zamanda, dekabr ayinda MDB-də ilk dəfə olaraq, “Yaşıl texnologiyalr” konfransını reallaşması üzərində hazırlıq işləri gedir”.

E.Gazizadə bildirib ki, mart ayında gənc qadın iç adamlarının iştirakı ilə də sammitin keçirilməsi nəzərdə tutulub: “Bizim bank olaraq nizamnaməmizə əsasən keçirdiyimiz bütün proyeklərdə yalnız 38 yaşa kimi olan gənc insanlar iştirakı məqbudlur”.

Konfransda iştirak edən Lefke Avropa Universitetinin rektoru, professor Ahmed Bulent Göksel öncə Azərbaycan xalqını müstəqilliyin bərpasının  20-ci ildönümü münasibəti ilə təbrik edib və bu azadlığın sonsuza kimi daimi olmasını arzulayıb.

Professor qeyd edib ki, “Azərbaycanla Kıbrıs türkləri arasında münasibətlər qardaşlıq səviyyəsində olduğundan biz buranı öz evimiz bilirik”.
Sonra professor universitetinin programları və qəbulu barədə, Dünya Gənclər Bankı ilə təhsil olacağı arasında olan əlaqələr barədə ətraflı məlumat verib. 



Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər