Arxiv
9 Dekabr 2009, 16:23 | ÖLKƏ
Bakıda 3G-ni ilk olaraq jurnalistlərə nümayiş etdirdilər (fotolar)

 

İnternetin içində onqat artıq sürətlə şütüyən trafik. 3G texnologiyasını belə də adlandırırlar. Məlum olduğu kimi, “Azerfon” şirkəti Azərbaycanda ilk dəfə olaraq 3G tətbiqi üçün lisenziya alıb və yaxın vaxtlarda onun tətbiqinə start verəcək. Buna görə şirkət nümayəndələri dekabr;n 9-da jurnalistləri bir araya toplayıb onlara 3G texnologiyası, onun üstünlükləri, bu xidməti dəstəkləyən cihazlar və s. barədə ətraflı məlumat verdilər.

 

Modern.az xəbər verir ki, şirkətin mətbuat xidmətinin rəhbəri Elşad Fərzəliyev və digər təmsilçiləri 3G-nin nə olduğunu, necə istifadə ediləcəyini texniki baxımdan izah etdilər. Belə bəlli oldu ki, 3G-nin köməyilə həm Azərbaycanın, həm də dünyanın istənilən nöqtəsində sürətli İnternet bağlantısı əldə etmək olacaq. Bu İnternetlə həcmi 5 MB olan bir faylı, məsələn mahnını 19-20 saniyəyə, bir klipi 2-3 dəqiqəyə, 800 MB-lıq filmi isə 50 dəqiqə civarında yükləmək mümkün olacaq. Düzdür, nümayiş zamanı deyilən sürəti əldə etmək mümkün olmasa da, 3G-nin sıravi İnternetdən bir qədər üstün olduğunu demək olardı.  

 

3G-ni dəstəkləyən cihazlara gəlincə, bu ayın sonlarına yaxın “Azərfon” şirkəti “Vodafone Mobil Connect” adlı USB modemi satışa çıxaracaq. Həmin modemin köməyilə istənilən yerdə İnternetə bağlanmaq mümkün olacaq. İstifadəçilərə rahat olsun deyə, bu modemdə müxtəlif tarif paketləri nəzərdə tutulacaq. Həmin modemi həm stolüstü kompüterə, həm də noutbuk və netbuklara taxmaq mümkündür. Bundan əlavə, həmin diskdə 100 MB boş yer və yaddaş kartı taxmaq üçün yer də var. “Azerfon” 3G-dən istifadəni təmin etmək üçün həm də yeni “Vodafone” markalı HTC Magic model telefonlarını satışa çıxaracaq. Bu smartfon hər bir istifadəçiyə İnternetə çıxış əldə etməyi təmin edir. Qiymətlərə gəlincə, hələlik konkret rəqəm söyləməyən şirkət nümayəndələri bu barədə yalnız bir söz işlətdilər - “qiymətlər münasib olacaq”.   

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tanınmış həkim növbədənkənar seçkiyə Sumqayıtdan gedir 11 Dekabr 2019, 15:54 İlham Əliyev Koreyanın Statistika Komitəsinin sədrini qəbul edib 11 Dekabr 2019, 15:51 “Heydər Əliyev hər zaman gənclərin himayədarı olub” - Naqif Həmzəyev 11 Dekabr 2019, 15:45 Mədəniyyət Nazirliyi Nəsiminin məzarının bərpasına hazır olduğunu BƏYAN ETDİ 11 Dekabr 2019, 15:26 Koçaryan: “Paşinyanın psixi problemləri var” 11 Dekabr 2019, 15:24 Cavanşir Paşazadə: “Talışların İctimai Şurası adlı təşkilatın iddiaları təxribat xarakterlidir” 11 Dekabr 2019, 15:18 ReAl Partiyası da namizədlərini AÇIQLADI 11 Dekabr 2019, 15:18 Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin saytı açıldı 11 Dekabr 2019, 15:09 Saxta "Nemiroff", "Beluqa" və "Ruskıy Standart" istehsal edən müəssisə aşkarlanıb - FOTO 11 Dekabr 2019, 14:55 Azercell-dən rəqəmsal Yeni İl kampaniyası!   11 Dekabr 2019, 14:47 Gəncədə sakinlərin problemləri yerində araşdırılır - FOTO   11 Dekabr 2019, 14:40 Yasamal rayonunda Heydər Əliyevin xatirəsi anılıb - FOTO 11 Dekabr 2019, 14:33 Sabah Bakıda bu yollar bağlı olacaq - Rəsmi  11 Dekabr 2019, 14:26 Dünyanın ən bahalı şirkətinin adı AÇIQLANDI 11 Dekabr 2019, 14:19 Bələdiyyələrə seçki prosesi niyə sönük keçir? - Deputat incik DANIŞDI: “Yeni parlamentdən soruşarsınız” 11 Dekabr 2019, 14:17 Daha bir futbol klubunun tərkibində akademiya yaradılır 11 Dekabr 2019, 14:02 BMU-nun tələbəsi erməni rəqibini 10:0 hesabı ilə məğlub edib 11 Dekabr 2019, 13:55 “Ölkəmizdə rusdilli məktəblərin olmasının əleyhinə deyiləm, amma…” - Şahlar Əsgərov 11 Dekabr 2019, 13:49 BANM “Baker Hughes” şirkəti ilə proqram təminatı lisenziyaları barədə saziş imzalayıb - FOTO 11 Dekabr 2019, 13:44 Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olundu - FOTO 11 Dekabr 2019, 13:38 Türkiyə ABŞ-ın Yaxın Şərqə çıxışını bağlaya bilər – Sanksiyalara CAVAB 11 Dekabr 2019, 13:36 Əli Həsənov Fəxri Xiyabana gəldi: “Ulu öndərin ruhuna dualar oxudum 11 Dekabr 2019, 13:32 Sakit Okean Alyansı-Azərbaycan məsləhətləşmələrinə start verildi 11 Dekabr 2019, 13:20 Seçkiləri müşahidə etmək üçün Azərbaycan  AŞPA-ya dəvət göndərib 11 Dekabr 2019, 13:16 Ermənistan jurnalistlərin qarşılıqlı səfəri ətrafında şou yaradıb” - AÇIQLAMA 11 Dekabr 2019, 13:16 Heydər Əliyev Fondu Oqtay Gülalıyevlə bağlı məlumat YAYDI 11 Dekabr 2019, 13:11 Ramiz Mehdiyev iki institutun strukturunu DƏYİŞDİRDİ 11 Dekabr 2019, 13:06 Dövlət Departamenti, Lavrov və Azərbaycan xalçası 11 Dekabr 2019, 13:04 Zeynəb Xanlarova növbədənkənar seçkidə namizəd olacaq? - Köməkçisindən AÇIQLAMA 11 Dekabr 2019, 13:03 İcra başçısı malları yanan sahibkarlara ÜMİD verdi 11 Dekabr 2019, 13:02 Sabah hava necə olacaq? - PROQNOZ 11 Dekabr 2019, 12:55 Azərbaycanla Avropa Birliyi arasında imzalanacaq sənədin bəzi detalları AÇIQLANDI 11 Dekabr 2019, 12:49 Tural Gəncəliyev: “Beynəlxalq təşkilatlar daha Ermənistanın yalanlarına inanmır” 11 Dekabr 2019, 12:39 Bakıda evdən 20 min manat oğurlandı 11 Dekabr 2019, 12:37 İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib - FOTO 11 Dekabr 2019, 12:30