Arxiv
12 Dekabr 2018, 09:40 | MƏDƏNİYYƏT
Heydər Əliyevin anım günüdür - FOTOLAR

Dekabrın 12-si dünya şöhrətli siyasi xadim, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin anım günüdür, onun vəfatının 15 ili tamam olur. 

 

Modern.az saytı Heydər Əliyevin keçdiyi həyat yoluna qısa nəzər salır:

 

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 

 

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. 

Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 

1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev, iyulun 24-də parlamentin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçilib.
O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib. 

ABŞ-ın Klivlend klinikasında uzun müddət müalicə olunan ümummilli lider 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“YAŞAT”ın balansında 15 milyon manat var 8 Dekabr 2021, 13:24 Nazirlikdən hava XƏBƏRDARLIĞI 8 Dekabr 2021, 13:20 “Yalana bulaşmayan bir alimi itirdik” - Ziyalılar Aydın Balayevin ölümündən SARSILIB 8 Dekabr 2021, 13:12 Sabah Bakıda yağış, rayonlara qar YAĞACAQ 8 Dekabr 2021, 13:09 Şəhid övladları Türkiyədə təhsil ala biləcəklər   8 Dekabr 2021, 13:06 ““Yaşat”a 1 gündə 1 milyon manat ianə topladıq” 8 Dekabr 2021, 13:02 Prezidentin qızı həyat yoldaşı ilə “Tarqovu”da keçirilən xeyriyyə yarmarkasına qatıldı - FOTOLAR 8 Dekabr 2021, 12:58 Nazirlər üçtərəfli bəyanatların icrasını müzakirə etdilər 8 Dekabr 2021, 12:54 20 min şəhid ailəsinə ödənişlər edilib - Sahil Babayev 8 Dekabr 2021, 12:48 Daha bir ölkə Pekin-2022-ni boykot elan etdi 8 Dekabr 2021, 12:45 “YAŞAT”a 65 milyon manat İANƏ EDİLİB 8 Dekabr 2021, 12:42 “ASAN Xidmət”də işlə təmin olunan şəhid ailələrinin SAYI 8 Dekabr 2021, 12:36 Seyran Ohanyanın əmlakına həbs qoyuldu 8 Dekabr 2021, 12:33 Minaların təmizlənməsi üçün ölkəyə gətirilən mallar vergidən azad olunur 8 Dekabr 2021, 12:30 “YAŞAT” Fondu hesabat verdi - 1 ildə toplanan vəsait hara XƏRCLƏNİB 8 Dekabr 2021, 12:28 Nazir müavini Soçi razılaşmadan DANIŞDI 8 Dekabr 2021, 12:23 XİN-də işləmək istyənlər üçün sınaq İMTAHANI 8 Dekabr 2021, 12:20 Xocavənddə əsir düşən diversantlar İrəvanda danışdılar: “Bizim 62 nəfərlik qrupu “Yaşma”nın 7-8 əsgəri saxladı” 8 Dekabr 2021, 12:15 İcmal büdcənin gəlirləri və xərcləri dəqiqləşdirilir 8 Dekabr 2021, 12:12 Qələbəmiz Azərbaycan dilinin Cənubi Qafqazda nüfuzunu ARTIRIR 8 Dekabr 2021, 12:09 Manatın ucuzlaşması gözlənilir? - Rəsmi cavab 8 Dekabr 2021, 12:04 Salyanın bu kəndinin elektrik şəbəkəsi tam yenilənir - VİDEO 8 Dekabr 2021, 12:00 Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətlərlə bağlı araşdırmalar aparılır 8 Dekabr 2021, 11:55 Azərbaycan nefti 3 dollardan çox bahalaşdı 8 Dekabr 2021, 11:50 “Bizim istinad etdiyimiz məlumatların hamısı sübutlar əsasındadır” 8 Dekabr 2021, 11:47 Fərid Mansurov Akademiyaya prorektor TƏYİN OLUNDU 8 Dekabr 2021, 11:44 Azərbaycan Ermənistana qarşı yeni iddialar qaldıracaq 8 Dekabr 2021, 11:40 Nazir müavini Azərbaycanda saxlanılan erməni əsirlərdən DANIŞDI 8 Dekabr 2021, 11:35 “Ermənistan mina xəritələri ilə bağlı qeyri-səmimi mövqedən çıxış edir” - Elnur Məmmədov 8 Dekabr 2021, 11:33 Azərbaycan məhkəmədə parkın mahiyyətini və məqsədini ətraflı izah edib - Nazir müavini 8 Dekabr 2021, 11:30 Vahid Əhmədovla Pro Söhbət - Elçibəy hakimiyyətdən gedəcəyini bilirdi   8 Dekabr 2021, 11:30 Payızlıq əkinlərin bəyanı davam edir - FOTOLAR 8 Dekabr 2021, 11:27 İnkişaf istəyiriksə, dəyişikliyə getməliyik 8 Dekabr 2021, 11:24 Bizim şikayətimizə Avropa Məhkəməsində baxılacaq - Elnur Məmmədov 8 Dekabr 2021, 11:20 2024-cü ildə Azərbaycanın bütün ərazisi internetlə təmin olunacaq 8 Dekabr 2021, 11:14
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?