Arxiv
12 Dekabr 2018, 10:24 | AKTUAL
Daha 26 rayonun arıçılarına subsidiya veriləcək

Kənd Təsərrüfatı Nazirliyində, nazir müavini İlham Quliyevin sədrliyi ilə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, bu barədə nazirliyin açıqlamasında bildirilir.

 

Məlumata görə, iclasda 26 rayon komissiyasından daxil olmuş sənədlərə baxılıb, 2 189 arıçıya saxladıqları 4 830 arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə (pətəyə) 10 manat hesabı ilə cəmi 480 300 manat məbləğində subsidiyanın verilməsi barədə qərarlar qəbul edilib.

 

İclasda Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak edib. Rayon (şəhər) komissiyalarından daxil olan sənədlərə baxılması məqsədilə yaradılmış işçi qrupuna Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə yanaşı Azərbaycan Arıçılar Assosiasiyasının təmsilçiləri də daxildir.

 

Respublika Komissiyasının qərarı ilə subsidiya veriləcək arıçıların və onların arı ailələrinin (pətəklərinin) respublikanın rayonları və şəhərləri üzrə bölgüsü aşağıdakı kimi olub:

 

1.Abşeron - 20 nəfər, 807 arı ailəsi, 8 070 manat

2.Ağcabədi - 65 nəfər, 1 027 arı ailəsi, 10 270 manat

3.Astara - 206 nəfər, 9708 arı ailəsi, 97 080 manat

4.Bərdə - 26 nəfər, 638 arı ailəsi, 6 380 manat

5.Füzuli - 121 nəfər, 1 500 arı ailəsi, 15 000 manat

6.Goranboy - 74 nəfər, 1 800 arı ailəsi, 18 000 manat

7.Gədəbəy - 342 nəfər, 4 073 arı ailəsi, 40 730 manat

8.Hacıqabul - 8 nəfər, 449 arı ailəsi, 4 490 manat

9.İmişli - 2 nəfər, 100 arı ailəsi, 1 000 manat

10.İsmayıllı - 5 nəfər, 65 arı ailəsi, 650 manat

11.Kürdəmir - 27 nəfər, 804 arı ailəsi, 8 040 manat

12.Qazax - 244 nəfər, 3 600 arı ailəsi, 36 000 manat

13.Qobustan - 81 nəfər, 1 775 arı ailəsi, 17 750 manat

 

14.Qubadlı - 3 nəfər, 74 arı ailəsi, 740 manat

15.Laçın - 43 nəfər, 523 arı ailəsi, 5 230 manat

16.Lənkəran - 102 nəfər, 3 665 arı ailəsi, 36 650 manat

17.Masallı - 171 nəfər, 2 750 arı ailəsi, 27 500 manat

18.Oğuz - 39 nəfər, 750 arı ailəsi, 7 500 manat

19.Sabirabad - 2 nəfər, 80 arı ailəsi, 800 manat

20.Samux - 72 nəfər, 1 088 arı ailəsi, 10 880 manat

21.Samux-Gəncə - 3 nəfər, 100 arı ailəsi, 1 000 manat

22.Şabran - 33 nəfər, 988 arı ailəsi, 9 880 manat

23.Şamaxı - 238 nəfər, 6 422 arı ailəsi, 64 220 manat

24.Şəmkir - 173 nəfər, 3 361 arı ailəsi, 33 610 manat

25.Siyəzən - 73 nəfər, 1 600 arı ailəsi, 16 000 manat

26.Salyan - 16 nəfər, 283 arı ailəsi, 2 830 manat

 

Cəmi: 2 189 nəfər, 48 030 arı ailəsi, 480 300 manat

 

Rayon (şəhər) üzrə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya veriləcək arıçıların siyahısı, onların saxladıqları arı ailəsinin (pətəyin) miqdarı və hesablanmış subsidiyanın məbləği barədə məlumatlar Nazirliyin rəsmi internet səhifəsinin (http://agro.gov.az) "Subsidiyalar" bölməsində yerləşdiriləcək.

Bu günə qədər Respublika Komissiyasının keçirilmiş iclaslarında ölkə üzrə cəmi 4 654 arıçiya 113 815 arı ailəsinə (pətəyə) görə 1 138 150 manat məbləğində subsidiyanın ödənilməsinə dair qərar qəbul edilib.

Hazırda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanı almaq üçün rayon (şəhər) komissiyalarına müraciətlər daxil olmaqdadar. Rayon (şəhər) komissiyalarından zəruru sənədlər daxil olduqca, Respublika Komissiyasının iclasında arıçılara hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi ilə bağlı həmin sənədlərə baxılacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
AZAL sərnişinlərə müraciət etdi 10 İyul 2020, 12:02 “Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin vəziyyəti ağırlaşıb” - Rəşad Mahmudov 10 İyul 2020, 12:00 Azərbaycanın bu bölgəsində virusa yoluxanların sayı 146-ya ÇATDI 10 İyul 2020, 11:55 Sabiq deputatlar niyə maddi sıxıntıdan ŞİKAYƏTLƏNİRLƏR?.. 10 İyul 2020, 11:49 Neftin barreli 150 dollara satılacaq - PROQNOZ 10 İyul 2020, 11:47 Oğurluq edib, sonra evi yandıran şəxslər saxlanıldı - FOTO 10 İyul 2020, 11:41 Mehriban Əliyeva virusa yoluxmuş daha bir həkimlə bağlı TAPŞIRIQ VERDİ 10 İyul 2020, 11:35 Pərvin Kərimzadə: Bu günkü reallıqlar işğalçı Ermənistanın faşist niyyətini təsdiq edir   10 İyul 2020, 11:30 BMT nümayəndəsi əhaliyə çağırış etdi - “Bunu Azərbaycan üçün edin” 10 İyul 2020, 11:25 Yaponlar bu dərmanın koronavirusa qarşı faydasız olduğunu SÜBUT ETDİ 10 İyul 2020, 11:20 Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO 10 İyul 2020, 11:15 Hacıqabulda reydlər davam edir - FOTO 10 İyul 2020, 11:09 “5 ayın iqtisadi göstəriciləri gələcəyə dair pozitiv vədlər verir” - Deputat   10 İyul 2020, 11:03 “İki sahil”in nəşrə başlamasından 29 il ötür 10 İyul 2020, 10:58 Asiya Parlament Assambleyasının konfransı keçirilib 10 İyul 2020, 10:56 Həkim çatışmazlığı rezidenturaya sənəd qəbulunu yenidən aktivləşdirdi 10 İyul 2020, 10:52 ADU-nun Konfutsi İnstitutu onlayn seminar keçirib 10 İyul 2020, 10:48 Azərbaycan nefti ucuzlaşmaqda davam edir 10 İyul 2020, 10:44 Prezidentin verdiyi müsahibə xalqımızı birliyə çağırır   10 İyul 2020, 10:40 Ötən gün 1 440 nəfər CƏRİMƏLƏNDİ 10 İyul 2020, 10:36 KATV-nin interneti niyə çökdü? - Şirkətdən AÇIQLAMA 10 İyul 2020, 10:30  Gömrük Hospitalı işçi axtarır - həkim, tibb bacısı (qardaşı), xadimə... 10 İyul 2020, 10:24 Prokurorluq baldızını bıçaqlayan Anar Əlizadəni AXTARIR 10 İyul 2020, 10:18 Partiya sədrinə ağır itki üz verdi 10 İyul 2020, 10:12 Səhiyyə Nazirliyi koronaviruslu xəstələri 3 TƏSNİFATA ayırdı 10 İyul 2020, 10:06 Xüsusi karantin rejimi tətbiq olunan 16 bölgə üzrə 190 manat tam ÖDƏNİLDİ 10 İyul 2020, 10:01 Bu şəhərdə məktəblər virusa görə yenidən bağlandı 10 İyul 2020, 09:58 Ən çox iş yerini dəyişən müəllimlər bu şəhər və rayonlardan oldu 10 İyul 2020, 09:53 Yazandan əvvəl dərindən düşünmək lazımdır! - Alimin ittihamlara CAVABI 10 İyul 2020, 09:48 Samir Şərifova yeni səlahiyyət verildi - QƏRAR 10 İyul 2020, 09:42 Bakıda yenidən karantin postları QURULDU 10 İyul 2020, 09:36 Müəllimlərin işə qəbulu başlayır - Bakıya gəlməyə ehtiyac yoxdur 10 İyul 2020, 09:30 Azərbaycanda elektrik enerjisi istehsalı artıb  10 İyul 2020, 09:24 COVID-19-dan sağalanların immun sistemi ZƏDƏLƏNİR 10 İyul 2020, 09:18 Keçmiş deputat işsizdir: “Qorunmaqdan başqa yolumuz yoxdur” - MÜSAHİBƏ 10 İyul 2020, 09:17