Arxiv
28 Dekabr 2018, 09:33 | MEDİA
Baş redaktorlar üçün 2018-ci il necə yadda qalır? - “Azərbaycan hədəfdə oldu”  

Yola salmaqda olduğumuz 2018-ci il mətbuatda bir çox hadisələrlə qaldı. Modern.az saytı baş redaktorlar arasında sorğu keçirərək, bu ilin uğurlu olub-olmadığını xəbər alıb. Media rəhbərlərinin cavablarını təqdim edirik:

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid 2018-i media üçün standart hadisələrlə yadda qalan il kimi dəyərləndirir. O diqqətə çatdırıb ki, əvvəlki illərdə olğu kimi, mətbuat normal şəkildə fəaliyyətini davam etdirdi:

“Bu il Azərbaycanda önəmli hadisələrlə yadda qaldı. Əvvəlki illərdə olduğu kimi, ictimaiyətin diqqəti hər zaman medianın üzərində oldu. Mətbuat ictimai rəyin formalaşdırılmasında mühüm rol oynadı. Ümumilikdə isə 2018-ci ildə jurnalistikada hər hansı qeyri-adi hadisə baş vermədi”.


“Türküstan” qəzetinin baş redaktoru Aqil Camalın fikrincə, 2018-ci ildə Azərbaycan mediasının daha çox yaddan qalan olayı APA, lent.az, vesti.az kimi qurumların fəaliyyətini dayandırması oldu:

“Ümumilikdə internet mediası daha da inkişaf etdi. İnternet və sosial media ictimai rəyin formalaşmasındakı mövqeyini bir qədər də gücləndirdi.

İlin sonunda isə gələn ilin ikinci rübündən bir sıra tanınmış qəzetlərə dövlət tərəfindən maliyyə yardımının dayandırılacağı ilə bağlı verilən məlumatlar üzücüdür. Ümid edirəm ki, yeni ildə ciddi medianın qorunub saxlanılması üçün obyektiv yanaşma olacaq”.

Yola saldığımız ilin media üçün çətin il olduğunu söyləyən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu 2018-in xüsusi uğurlarla yadda qaldığını düşünmür:

“Ən böyük nailiyyətimiz odur ki, ayaqda qala bildik. 2018-ci il gərgin, mənfi tərəfləri ilə yadda qalan hadisələrlə zəngin keçdi. Əsas hadisələr aprel ayında növbədənkənar prezident seçkilərinin ixtişaşsız keçməsi, Mingəçevir SES-də baş verən partlayış, ardınca Gəncə hadisələri Azərbaycana qarşı təxribatların törədilməsi idi. 2018-ci ildə Azərbaycan hədəfdə oldu. Hazırkı hakimiyyət və xüsusilə, ölkə başçısı xarici güclərin hədəfində idi. Bütövlükdə yola saldığımız il ölkəmizə qarşı planlaşdırılan sui-qəsddən qurtuluş kimi qiymətləndirilir.

Mediamız üçünsə, bu il elə də yadda qalan və uğurlu il deyildi. Əvvəlki illər kimi normal, gözlənilən proseslər oldu”.


“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, hər il olduğu kimi bu il də Azərbaycan mediası üçün uğurlu illərdən biri oldu:

“Mətbuatla bağlı bir çox layihələrin reallaşması, mediamıza dövlət qayğısı-diqqəti bu il də özünü göstərdi. 2018-ci ildə KİVDF tərəfindən layihələrin həyata keçirilməsi, hər il olduğu kimi jurnalistlərin mükafatlandırılması, media qurumlarını birləşdirən tədbirlərin təşkil edilməsi öz axarında idi. Eyni zamanda Mətbuat Şurası da bir sıra uğurlu layihələrə imza atdı.

Düzdür, bir çox qocaman jurnalistlərimiz haqq dünyasına qovuşdu. Amma ümumilikdə Azərbaycan mətbuatının peşəkarlığının artırılması yönündə ən uğurlu illərdən biri oldu”.


“Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev isə bədbin danışıb. Baş redaktor hesab edir ki, mətbuat üçün hər il əvvəlkindən daha ağır olur:

“Onsuz da çox kiçik olan reklam bazarı daha da məhdudlaşıb, yayım sistemi demək olar ki, sıradan çıxıb. Hətta indi qəzet köşklərində qəzetdən başqa nə desən satırlar. Yaradıcılıq baxımından da durum ağırlaşıb, informasiya mənbələri ya qapanıb, ya da yalnız özlərinə sərfəli olan xəbərləri yayırlar, obyektiv media fəaliyyəti üçün meydan daralıb. Bu üzdən hesab edirəm, vəziyyət bu sahədə çox da ürəkaçan deyil”.

Ölkə.az saytının baş redaktoru Hikmət Həsənov isə 2018-ci ilin media sahəsi üçün itkilərin və qazancların olduğu il kimi qiymətləndirir:

“Təbii ki, media ildən-ilə inkişaf edir, yeni layihələr, yeni internet portalları yaranır. Eyni zamanda “ARB 24” xəbər kanalı da fəaliyyətə başladı. Bunu da medianın uğuru, yeniliyi adlandırmaq olar”.

Medianın cəmiyyətin bir parçası olduğunu xatırladan "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli diqqətə çatdırıb ki, ölkədə inkişaf baş verirsə, mətbuat da uğura doğru irəliləyir:

“Azərbaycan dövlətinin qarşıya qoyduğu məqsədlərinə çatması, ölkədə bütün istiqamətlərdə islahatların həyata keçirilməsi, şəffaflığın artırılması üçüb mühüm addımların atılması ölkənin uğuru olduğu kimi mətbuatın da uğurudur. Çünki peşəkar mətbuat hər zaman neqativ halların aradan qaldırılması, ölkənin inkişafına mane olan meyllərin olmaması üçün fəaliyyət göstərir.

Medianın bu il əldə etdiyi ən böyük uğurlardan biri də əlverişli informasiya mühitinin olmasıdır. Jurnalistlərin məlumat əldə etməsi indi kifayət qədər əlçatandır. Dövlət qurumları mətbuatın bu və ya digər tənqidi materiallarına, sorğularına çox çevik cavab verirlər. Əvvəllər bu prosesdə gecikmələr, problemlər yaşanırdısa, indi bu aradan qaldırılıb. Cüzi istisnalar olmaq şərti ilə bu sahədəki durumu müsbət dəyərləndirmək olar”.

Mətbuatın maddi-texniki bazasının yaxşılaşdırılmasına gəlincə, Elçin Mirzəbəyli əlavə edib ki, dövlət bu məsələdə üzərinə düşəni həyata keçirir, dəstək verməyə çalışır:

“Amma bu, bir qədər zamanla bağlı olan məqamdır. Qənaətimə görə, iqtisadiyyat inkişaf etdikcə, qeyri-neft sektorunun inkişafı gücləndikcə, medianın maddi-texniki bazasının daha da güclənməsinin şahidi olacağıq. Hər halda bütövlükdə media üçün, hər bir Azərbaycan vətəndaşı üçün 2018-ci ili uğurlu hesab edirəm”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağstafadakı dəhşətli cinayətin görüntüsü yayıldı - VİDEO 19 İyun 2019, 00:46 Masallıda avtobusdan düşən sərnişini maşın vurdu 19 İyun 2019, 00:24 Fatmayı kəndində toyda kütləvi dava 19 İyun 2019, 00:11 Azərbaycan nefti ucuzlaşdı 18 İyun 2019, 23:57 Türkiyədə 10 nəfəri sel apardı 18 İyun 2019, 23:38 Sumqayıtda yanğı: 10 nəfər təxliyə edildi 18 İyun 2019, 23:19 Serbiya Prezidenti Azərbaycan alimləri ilə müzakirə apardı - FOTO 18 İyun 2019, 23:02 “Ural” Hava Yolları aviaşirkəti Azərbaycandan üzr istədi - FOTO 18 İyun 2019, 22:43 Pentaqonun yeni başçısı bəlli oldu 18 İyun 2019, 22:27 Yaponiyadan əhali təxliyə edilir: Səbəb 18 İyun 2019, 22:11 Gəncədə dostları gəncin meyitini xəstəxanaya atıb qaçdı 18 İyun 2019, 21:59 Polis  “WhatsApp” yazışmalarını izləyə biləcək 18 İyun 2019, 21:42 “Mükəmməl və təkmil bir qanun layihəsi hazırlanacaq” - Deputat 18 İyun 2019, 21:24 “Mursinin nəşindən belə qorxurlar” - Ərdoğan 18 İyun 2019, 21:06 Rusiya-Azərbaycan sərhədində yeni yol çəkilir 18 İyun 2019, 20:47 Əbülfəs Qarayev Pakerlə müzakirə apardı 18 İyun 2019, 20:36 Dünya əhalisi 11 milyarda çatır 18 İyun 2019, 20:19 MSK sədri 3060 manat əmək haqqı alacaq 18 İyun 2019, 20:03 Nazirlik və komitələrdə çalışanların aylıq pul təminatında artım oldu - SİYAHI 18 İyun 2019, 19:49 Büdcə təşkilatlarında çalışanların da əməkhaqları artırıldı - SİYAHI 18 İyun 2019, 19:38 Prezident müəllimlərin maaşını 20 faiz artırdı 18 İyun 2019, 19:35 Minimum əməkhaqqı artdı - 250 manat 18 İyun 2019, 19:31 “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçirildi 18 İyun 2019, 19:21 Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdü 18 İyun 2019, 19:18 Mahmud Məmməd-Quliyev: Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı bir araya gətirməyə çalışır 18 İyun 2019, 19:10 Deputat: “Ermənilər Paşinyanın yaxasından tutub, yalanlarının hesabını tələb edəcək” 18 İyun 2019, 19:01 Vasif Talıbov Səfərbərlik Xidmətinə rəis təyin etdi 18 İyun 2019, 18:47 Nazir Sahil Babayev Beynəlxalq Əmək Konfransda çıxış edib 18 İyun 2019, 18:38 Ekologiya naziri Yaponiya rəsmisi ilə müzakirə apardı 18 İyun 2019, 18:23 İcra başçısı şikayətləri dinlədi 18 İyun 2019, 18:20 Qərbi Kaspi Universitetində “STEM plyus” bilik olimpiadası keçirilib 18 İyun 2019, 18:17 Buraxılış imtahanının II mərhələsinin NƏTİCƏLƏRİ açıqlandı 18 İyun 2019, 18:05 “Neftçi” və “Səbail”in AvroLiqadakı rəqibləri məlum oldu - YENİLƏNİB 18 İyun 2019, 18:00 “Azərsu” rəsmiləri vətəndaşların problemlərini dinlədi   18 İyun 2019, 17:57 Merkeli titrəmə tutdu - VİDEO 18 İyun 2019, 17:55